Obama Slavyanskiyə hücumu dəstəkləyir, Rusiyanı yeni sanksiyalarla hədələyir


Obama  Slavyanskiyə hücumu  dəstəkləyir, Rusiyanı yeni sanksiyalarla hədələyir
Amerika prezidenti Obama Rusiyanı yeni sanksiyalarla hədələdiyi haqda CNBC telekanalı məlumat verib.

“Əgər Rusiya höküməti Ukrayna böhranı ilə bağlı götürdüyü kursu dəyişməzsə, artan diplomatik və iqtisadi sanksiyalarla üzləşəcək”-deyib Ağ Ev başçısı belə bıyan edib.

ABŞ prezidenti Kiyevin Donetsk vilayətinin Slavyansk şəhərində apardığı silahlı əməliyatı dəstəkləyib. Ukrayna ordusunun ilk böyük əməliyyatını Ag Ev Kiyevin regionda “qayda yaratmaq” cəhdi kimi dəyərləndirib.

Bu gün Amerika lideri Ukrayna böhraniylə əlaqədar AFR-nın kansleri Angela Merkel ilə görüş keçirib. Merkellə birgə keçirdiyi mətbuat konfransında Obama böhranın getdikcə güclənəcəyi təqdirdə Qərbin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməkdən başqa çarəsi qalmadığını bəyan edib.

“Sonrakı sansiyalar qaçılmazdır”-deyə Merkel də amerikalı həmkarı ilə razılaşıb.

Hər iki lider Qərbin sonrakı addımının Rusiya iqtisadiyyatının ayrı sahələrini, xüsusilə hərbi-sənaye kompleksi və enreji sektorunu əhatə edəcəyinə işarə ediblər.

Obama hesab edir ki, Rusiya prezidenti Putin “hazırkı kusrundan imina etməlidir”.

Əvvəl Krım hadisələri ilə başlanan və sonrasında rus-ukrayna münasibətlərinin kəskinləşməsi, ABŞ və AŞ-nı rus məmurlarına və iş adamlarına qarşı sanksiyalar tətbiq etməyə məcburiyyətində qoydu. Hazırda ABŞ Maaliyə nazirliyinin sanksiyalar siyahısında 43 rus məmuru və 19 hüquqi şəxsin adı var. Avropa Şurasının analoji siyahısına isə 48 rus siyasətçi və biznesmeninin adı düşüb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir