Obamanın səhər yeməyi yediyi restoranın sahibi öldü


Obamanın səhər  yeməyi  yediyi restoranın sahibi öldü
Obamaya səhər yeməyi verən Ohayo ştatının restoratoru Jozefin Harris prezident gedəndən bir neçə saat sonra ölüb.
Yenises.ru-nun “Bi-bi-ci” –yə istinadən verdiyi məlumata görə Akron şəhərindəki “Anns Place” restoranının 70 yaşlı sahibi yor]unluqdan, döş nahiyəsində ağrı olduğundan şikayətlənib və onu xəstəxanaya aparıblar. Həkimlərin sözlərinə görə qadın xəsətəxanaya gətirilərkən yolda ürək dayanmasından ölüb.

Hadisədən təxminən 2 saat yarım əvvəl Ohayada seçkiqabağı gəzintidə olan ABŞ prezidenti restorana səhər yeməyinə gəlib, restoranın sahibəsi olan qadın özü ona səhər yeməyini verib.
Xəbəri eşidəndən sonra Ag evin mətbuat katibi Ceyn Karni prezident təyyarəsinin bortundan Harrisin qızına zəng edərək ona Barak Obamanın başsağlığını çatdırıb.

Bu ölümə sevincdən gələn ölüm də demək olar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir