OCAZ Avropa Parlamentində görüş keçirib


OCAZ Avropa Parlamentində görüş keçirib

Bu günlərdə Azərbaycan Kommunikasiya Ofisi Brüsseldə, Avropa Parlamentində qəbul təşkil etmib. Avropa Parlamentinin Fransanın Nice şəhərindən olan üzvü Gaston Franconun təşəbbüsü ilə parlamentin içində təşkil olunmuş tədbir dostluq atmosferində keçib. 100-dən artıq deputat, parlamentin rəhbər işçiləri, Xarici İşlər Nazirliyinin üzvləri və siyasət üzrə köməkçilər iştirak etdiyi tədbirdə OCAZ-ın Brüssel ofisinin direktoru Müslüm Məmmədov çıxış edərək bu görüşün Azərbaycan və Avropa Parlamenti arasındakı əlaqələrinin daha möhkəmlənməsinə təkan verəcəyini qeyd edib. O, Azərbaycan və Avropa İttifaqı arasında müsbət əlaqələrin mövcudluğundan danışarkən vurğulayıb ki, Avropa institutları ilə yaxşı əlaqələri inkişaf etdirən Azərbaycan nisbətən gənc ölkədir və orada demokratiya da analoji olaraqgəncdir.

M.Məmmədov ötən ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı Vilnus sammitində imzalanmış müqavilənin tərəflər arasındakı əlaqələrin daha da inkişafına səbəb olacağını da qeyd edib. “

“Avropa Parlamenti nümayəndələrinin Azərbaycana səfər etməsi Avropa üçün strateji cəhətdən mühüm regionda yerləşən, sürətlə inkişaf edərək günü-gündən dəyişən ölkəmiz haqqında onlarda müəyyən rəy formalaşdırar və bizim üçün də maraqlı olar”- arzusunu dilə gətirib.

O, həmçinin,Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış mövcud vəziyyət barəsində danışıb. M.Məmmədov bildirib ki, Azərbaycan dünya ictimaiyyətini, eləcə də Avropa İttifaqını beynəlxalq hüququn prinsiplərinə və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etməyə çağırmaqda davam edəcəkdir. Natiq cəbhədəki gərgin vəziyyət və son hadisələri parlament nümayəndələrini nəzərinə çatdıraraq, onları bu münaqişənin həlli üçün cəhd göstərməyə çağırıb. Bu qəbul, 25 may 2014-cü ildə keçirilməsi nəzərdə tutulan Avropa Parlamentinə seçkilərdən əvvəl OCAZ tərəfindən təşkil edilmiş əhəmiyyyətli bir tədbirdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir