Oleq Kuznetsovun “XX yüzilikdə transmilli erməni terroru tarixi” kitabının təqdimatı oldu


Oleq Kuznetsovun   “XX yüzilikdə  transmilli erməni terroru tarixi”  kitabının   təqdimatı oldu
Oleq Kuznetsov müəllifi olduğu “XX yüzilikdə Transmilli erməni terroru tarixi” kitabının təqdimat mərasimində bu monoqrafiyanın erməni-türk, erməni-azərbaycanlı siyasi qarşıdurması konteksində birtərəfli yazılan əsərlərdən fərqli, tarixi kriminal faktlara əsaslanan ilk təhqiqat işi olduğunu söylədi.

“XX yüzilikdə erməni siyasi terrorunun ilk qurbanları türklər və azərbaycanlılar deyil, rus etnik adamları- generalları, sadə əsgərləri olub”.

Monoqrafiyada yer alan bu ifadələrlə müəllif bu əsərdən sonra onu günahlandıracaq erməni diasporuna, erməni xalqını yanlış yönləndirən bəzi topluma mesaj verib.

Nəhayət ki…

Moskvada Jurnalistlər evində rusiyalı tarixçi ailm, politoloq, 7-si Rusiya, Şərqi Avropa, Zaqafqaziya xalqlarının tarixinə dair monoqrafiya olmaqla , 150-dən artıq elmi məqalənin, dərs vəsaitinin, publisist yazıların müəllifi Oleq Kuznetsovun ötən əsrin əvvəllərində erməni terrorizmindən bəhs edən “XX yüzilikdə transmilli erməni terroru tarixi” kitabının təqdimatı baş tutdu. “Nəhayət”” ifadəsinin işlədilməsini isə yazıçının özünün də sosial şəbəkələrdən bildirdiyi kimi bu başıbəlalı kitabın ərsəyə gəlib çap olunması prosesində qarşıya çıxan maddi-mənəvi əngəllərin olması gərəkdirir.

Və Nəhayət ki, qondarma “erməni genosidi”ndən əvvələ təsadüf edən “erməni terroru” kəlməsini elmi-tarixi ədəbiyyata gətirən tapıldı.

Müəllifin özünün də qeyd etdiyi kimi, bu monoqrafiya yazılana qədər “erməni terroru tarixi” və ondan ayrılmayan “erməni milli-dini ekstremizmi” bütünlükdə XX əsr ərzində rusdili ədəbiyyatın təqdiqat predmeti olmayıb.

Müəllif kitabın işıq üzü görməsində maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edərək sonuna qədər onun yanında olan və təqdimat mərasiminin də keçirilməsində də bilavasitə iştirak edən tarixçi alim Eldar Abbasova, Nijni Novqoroddan ictimai fəal Vidadi Abbasova və VAK-ın Ulyanovsk bolməsinin rəhbəri İslam Hüseynova minnətdarlıq etdi. Ayrıca Eldar Abbasovun bu kitabın ərsəyə gəlməsindəki əməyini xüsusilə vurğulayaraq, onu kitabının “xaç atası” adlandırdı.
Oleq Kuznetsovun   “XX yüzilikdə  transmilli erməni terroru tarixi”  kitabının   təqdimatı oldu
Sonra kitabının məzmunu və yazılma səbəbindən danışan müəllif, ilk olaraq bu monoqrafiyanın məqsədli ideoloji təbliğatdan, siyasi avantüradan və digər bu kimi atrubutlardan uzaq elmi iş olduğunu oxuculara çatdırdı.

Oleq Kuznetsov hər zaman təzyiq və təqiblərə məruz qalan “məzlum milləti” oynayan ermənilərin “öyündükləri tarixi keçmişlərinin” əsl üzünü ortaya tökəcək əsərlərin nəşr etdirilməsinin çətin olduğu bir vaxtda “XX yüzilliyin unikal kriminal fenomeni olan transmilli erməni terroru sualına tarixi, hüquqi, elmi-siaysi və mədəni aspektlərdən təhlil edərək cavab tapmağa çalışdığını söylədi.

Tarixçi erməni terror tarixi haqqında yazdığı monoqrafiyasında (“erməni genosidi” ilə manipulyasiya edən millət olduğunu nəzərə alsaq) siyasi qarşıdurmalara yol açan bu məsələyə qarışmadan sadəcə erməni terroru tarixi cinayətini tarixçi və hüquqşunas kimi Rusiya Federasiyasının qanunlarına nəzərən tədqiq etdiyindən də bəhs etdi.

Müəllif , yazmış olduğu bu kitabdan yeni bir siyasi avantüra aləti kimi istifadə edilməsində özünün iştirak etməyəcəyi mesajını da verdi.

Terrordan siyasi mübarizə vasitəsi kimi istifadə edib, tarixi keçmişinin qaranlıq səhifəlrəini gənclərinə “qəhrəmanlıq salnaməsi” kimi təqdim edən bir qrupun yanlışdan geri dönməsi üçün belə bir mövzuya müraciət etdiyini bidirən tarixçi-hüquqşünas, erməni təbliğatçılarının son yarım əsərdə terrorunun sosial- ideoloji kökünu 1915-cı il hadisələrinə bağladıqlarının yanlış olduğunu tarixi faktların təksib etdiyini dedi.

Görüşdə erməni terroru, ilk yaranan erməni təşkilatlari, onların ideoloji proqramı, siyasi xəttinin nəyə xidmət etməsi haqqında müxtəlif səpkili suallar səsləndi. Qalitsın, Alixan Avarskinin qətlinin hansı məqsədlə törədildiyi haqda da məlumatların kitabda araşdırılıbmı-deyə maraqlananlar oldu.

Oleq Kuznetsov tarixi 1888-ci ildən başlayan erməni terrorundan ideoloji mübarizə silahı kimi istifadə edildiyini qeyd edərək, sualları cavablandırdı.
Oleq Kuznetsovun   “XX yüzilikdə  transmilli erməni terroru tarixi”  kitabının   təqdimatı oldu

Erməni terroru tarixinin xronologiyası və coğrafiyasından onun hüquqi, elm- siyasi tərəflərinin tədqiqinə ayrılan 7 fəsildən, “Sonluq” və «Sözardı» hissələrindən ibarət, nəfis tərtibatda çap olunmuş 428 səhifəlik kitab bir çox açıq və məxfi tarixi -kriminal arxiv sənədləri ilə zəngindir.

Kitabda erməni terrorunun miqyası və onun qurbanlarının sayı haqqında çoxsaylı hüquqi faktlar geniş yer alıb.

Onu da əlavə edək ki, kitabdakı materialların çoxu rus dili ilə yanaşı, ingilis dilində də verilib.

Görüşdə Azərbaycan və Rusiyanı təmsil edən ailmlər, ictimai xadimlər, diaspor təşkilatlarımızın nümayəndələri və hər iki ölkənin media mənsubları iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir