OLİMPİADA: Medalçılarımıza 2,7 milyon manat mükafat – SİYAHI


OLİMPİADA: Medalçılarımıza 2,7 milyon manat mükafat – SİYAHI
Azərbaycan London Yay Olimpiya oyunlarını 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medalla bitirdi. Bu nəticə ilə olimpiya yığmamız XXX Yay Olimpiya Oyunlarını 30-cu yerdə başa vurdu.

Məlum olduğu kimi prezident İlham Əliyev avqustun 3-də olimpiadada medal qazanan idmançıların mükafatlandırılması məqsədi ilə sərəncam imzalamışdı. Həmin sərəncama əsasən qızıl sahiblərinə 400, gümüş qazananlara 200, bürünc əldə edənlərə isə 100 min manat mükafat verilməlidi. Onların məşqçiləri də mükafatsız qalmayacaq. Belə ki, medal sahiblərinin məşqçiləri müvafiq olaraq 200, 100 və 50 min manat qazanacaq.

Bu sərəncama əsasən dövlət olimpiadada qazanılan 10 medala görə, 2 milyon 700 min avro mükafat verməli olacaq. Bunun 1 milyon 8 mini milyonu idmançıların, 900 mini isə məşqçilərin payına düşür.

Toğrul Əsgərov – 400 min manat, məşqçisi – 200 min manat
Şərif Şərifov – 400 min manat, məşqçisi – 200 min manat
Mariya Stadnik – 200 min manat, məşqçisi – 100 min manat
Rövşən Bayramov – 200 min manat, məşqçisi – 100 min manat
Yuliya Ratkeviç – 100 min manat, məşqçisi – 50 min manat
Xetaq Qazyumov – 100 min manat, məşqçisi – 50 min manat
Emin Əhmədov – 100 min manat, məşqçisi – 50 min manat
Teymur Məmmədov – 100 min manat, məşqçisi – 50 min manat
Məhəmmədrəsul Məcidov – 100 min manat, məşqçisi – 50 min manat
Valentin Xristov – 100 min manat, məşqçisi – 50 min manat

Fanat.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir