Ölümü düşünmədən


Ölümü düşünmədən

Ağ-qara yağış yağır… Ağ-qara filmlər kimi sadə, solğun, qəmli…

Yağışı sənə görə sevmişdim. Səninlə birlikdə sevmişdim. Sən sevmişdin deyə sevmişdim.
Yadındamı, “Yağış qəribə duyğular oyadır. Pəncərəni açıb, əllərimi göyə qaldırıb Yağ, gözəlim, yağ! – deyə qışqırıram bəzən…”” – demişdin.
Və mən də gözlərimi yumub, xəyallarımda sənin sevdiyin şəhərin yağışlarının altında islanmışdım….

Bir zamanlar səni sevmək ağlıma da gəlməzdi, bilirsənmi? İndi isə, səni sevə bilməməyi ağlıma sığışdıra bilmirəm.
Sənin kim olduğuunu düşündükcə, sənin saflığına inandıqca, səni xəyalımda canlandırdıqca, səninlə qəlbimdə danışdıqca… sevdim səni.
Damla damla, aram aram…

Yox. Mən bir baxışda sevdim səni, peşmanlığımsa damla-damla oldu.

Nə az vaxtımız vardı bizim… Amma, bu azacıq zamanın belə xatirəsi mənə bir ömür boyu yetər.
Daha kimisə sevmək istəmirəm, çünki hələ də sevirəm. Səni sevirəm!
Başqa kimi sevə bilərəm ki?

Yenə yağış yağır şəhərimizə…
Lakin, bir zamanlar sənin mənə sevdirdiyin yağışı sevmirəm daha – mənə sənin gedişini xatırlatdığı üçün…

Yağış yağır
aram-aram…
narın-narın…
Hər damlası ele bil ki, göz yasidir
son görüşü olanlarin…

Bəzən deyirlər: “” Kaş öləndə, məni sənin yanında dəfn etsinlər””
Bu da sevgidimi?
Sevdiyin insanın səndən əvvəl öləcəyini düşünə bilmək belə dəhşətdi.
“”Öləndə səni mənim yanımda dəfn etsinlər!”” – bax belə… Gözəl arzudur.
Narın yağış damlaları da öz qəmli havasını çalar torpağımızın üstdə…
Və yenə də birlikdə sevərik yağışı.

Amma ən gözəli – birgə yaşamaqdır, yağışda da, qarda da, günəşli isti günlərdə də… Ölümü düşünmədən.

Afaq ŞIXLI
Moskva

|yenises.ru|


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir