ORXAN CAMAL avqustun 7-də Xovansk qəbristanlığında dəfn ediləcək


ORXAN CAMAL avqustun 7-də Xovansk qəbristanlığında dəfn ediləcək
Rusiyada və eləcə də bütün dünyada milliyyətindən, dinindən asılı olmayaraq haqsızlığa uğrayanların haqq səsi, təəssübkeşi, peşəkar mövqeyinin fövqündə vətəndaş mövqeyi olan ORXAN CAMAL avqustun 7-də -sabah Moskvadakı Müsəlman məscidindən son mənzilə uğurlanacaq.

Sabah -avqustun 7-də saat 13:00-dan 14:00 kimi Olimpiya prospektində yerləşən Müsəlman məscidində mərhum jurnalsitin cənazə namazına durulacaq, ruhuna dua oxunacaq və və sonra o, Xovansk qəbristanlığının müsəlmanlara aid hissəsində dəfn ediləcək.

Bu xəbəri Facebook səhifəsindən paylaşan jurnalist Nadejda Gevorkova onu da eyd edib ki, dinindən asılı olmayaraq hamı vida mərasiminə gələ və onun haqqında ürək sözlərini deyə bilər.

Xatırladaq ki, Orxan Camal daha iki həmkarı ilə Mərkəzi Afrikaya “ÇVK”” haqqında sənədli film çəkməyə gedərkən qətlə yetiriliblər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir