Orxan Camal və digər öldürülən jurnalsitlərin nəşi avqustun 5-də Moskvaya gətiriləcək


Orxan   Camal və  digər  öldürülən jurnalsitlərin nəşi  avqustun 5-də Moskvaya gətiriləcək
Rusiyanın Mərkəzi Afrikadakı səfriliyində verilən məlumata görə öldürülən rusiyalı jurnalsitlərin nəşi avqustun 3-də axşam vətənə yola salınacaq. Qətlə yetirilən jurnalistəri gətirən təyyarənin Mərkəzi Afrika Respublikası paytaxtından bu gün Moskva vaxtı ilə saat 19:00-da uçacağı gözlənilir.

“Mərhum jurnalsitlərin nəşlərini bu gün axşam Banqi-Paris reysi ilə göndəririk. Sonra Paris-Moskva reysi ilə bazar günü avqustun 5-də gecə saatlarında Rusiyada olacaq”” ,- deyə Mərkəzi Afrika Respublikasında olan RF rəsmisi Viktor Tokmakov bəyan edib.

Bununla yanaşı, Rusiya diplomatik nümayəndəliyindən bildiriblər ki, rusiyalı jurnalsitlərin qətlinin araşdırılması ilə bağlı informasiya almaqdan ötrü MAR hökümət orqanları ilə əlaqədə olacaqlar.

Xatırladaq ki, iyulun sonunda MAR-a sənədli film çəkmək üçün gedən jurnalsitlər- Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Rudçenkonun orada öldürülməsi məlum olmuşdu. Bəzi məlumatlara görə jurnalistlərə “”Seleka”” müsəlman terrorçu qruplaşmasının üzvləri hücum ediblər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir