Öz pasportundan imtina etmədən RF vətəndaşlığı -gözlənilən qanun gəldi


Öz pasportundan imtina etmədən RF vətəndaşlığı -gözlənilən qanun gəldi

Rusiya vətəndaşlığı almaq istəyənlər üçün gözlənilən qanun gəldi. Bir müddət əvvəl RF vətəndaşlığını asanlaşdırmaq təklifi ilə çıxış edən və bunu martın ortalarında qəbul ediləcəyi söylənən qanun nəhayət ki bu gün Dövlət Dumasından keçib.

RF vətəndaşlığı almaq haqqında qanunda əsaslı dəyişiklər- asanlaşdırmalar hansılardır.

Əvvəlki qanunda RF vətəndaşlığı üçün müraciət edən xarici ölkə vətəndaşları və eləcə də vətəndaşlığı olmayan şəxslərdən ölkə ərazisində ən azı 5 il yaşama tələbi olunurdu. Bundan başqa RF vətəndaşı olmaq istəyən öz maddi durmunu özünu təmin edəcəyini təsdiq edən sənəd verməli-ən azı bankda 250 min rubl civarında pulu olmalıydı. Tələblər sırasında vətəndaşlığa müraciət edənin öz ölkəsinin vətəndaşlığında imtina etməsi də vardı.

Dövlət Duması Rusiya vətəndaşlığı alma qaydalarını asanlaşdıran qanunu ikinci və üçüncü oxunuşda qəbul edib. Dumanın qəbul etdiyi qanunun yekun variantında RF vətənbaşı olmaq istəyən şəxslərdən öz ölkəsinin pasportundan imtina etməsi tələb olunmayacaq. Əvvəlki qanunda RF vətənbaşlığı üçün müraciət edən şəxslərdən öz ölkəsinin vətəndaşlığndan imtina etməsi ilə bağlı sənəd tələb edilirdi.

Qanunda RF vətəndaşı olmaq üçün ölkədə 5 il daimi yaşama və qanuni dolanışıq mənbəyinin mövcudluğunu təsdiqlənməsi tələbləri də ləgv edilir. L akin bu SSRİ vətəndaşlığı olub, keçmiş SSRİ ölkələrinin heç birinin vətəndaşı olmayanlar üçün keçərlidir. Bundan əlavə, belə bir tələb, Rusiya Federasiyasında yaşayan bir rusla evlənən əcnəbilərdən və ortaq övladları olanlardan bu sənədlər tələb olunmayacaq.

Həmçinin, qanuna görə Ukrayna, Belarusiya, Moldova və Qazaxıstan vətəndaşlarına yaşayış icazəsi aldıqları zaman güzəştlər edilir və onların birbaşa vətəndəaşlıq alması mümkündür.

Tünzalə Vəliqızı
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir