Özünü “Əxlaq keşikçiləri” adlandıran hərəkat DİN-dən “VKontakte” şəbəkəsini bağlamağı tələb edir


Özünü “Əxlaq keşikçiləri”  adlandıran hərəkat  DİN-dən “VKontakte”  şəbəkəsini bağlamağı tələb  edir

Özünü əxlaq keçikçıləri kimi təqdim edən, uşaqlara təcavuz edənlərə qarşı mübarizə aparan qeyri-rəsmi hərəkat Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevə uşaq pornoqrafiaysı yayan “VKontakte” sosial şəbəkısinin bağlanması və rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edən məktubla müraciət ediblər. Hərəkatin nümayəndəsinin sözlərinə görə populyar internet-resurslar azyaşlı uşaqların iştirakı ilə pornoqrafik videoların bazasına malikdirlər. Əxlaqsızların izinə düşən hərəkat aktivlərinin hesabına görə saytda 11 milyon yeniyetmə qeydiyyatdan keçib ki, bunlardan da 7.5 milyonu Rusiyadandır.

Uşaq pornoqrafiyası resurslarının olması faktıniı “VKontakte” şəbəkəsinin baş direktoru Pavel Durov da inkar etmir deyə, Sergey Juk ərizəsiində bildirir. “VKontakte” administrasiyası bilərəkdən öz meydançasında pornoqrafiya üçün yer ayırır və onu silməyə maraqlı deyil, bu da da “KİV haqqında qanun”un 4-cü maddəsində göstərilən ”Kütləvi informasiyanın azadlığından sui-istifadə yolverilməzdir” fikriniə ziddir.

Sergey Juk DİN-nin rəhbəri V. Kolokoltsevin adına göndərdiyi məktubunda qanunsuzluq fakti aşkar edildiyində “VKontakte” sosial şəbəkəsinə Rusiya vətəndaşlarının girişinin məhddulaşdırılmasını xahiş edir.
Məktubda deyilir:
-Mən Juk Sergey Aleksandroviç uşaq təcavüzünə qarşı mübarizə ilə məşğul olan qeyri-rəsmi hərəkatımız adından bu tipli informasiyaların internetdə yayımlanmasının qarşısının alınması baxımından bizim ittihamlarımızı təsdiq etmək üçün yoxlama aparılamsını və belə bir faktla qarşılaşdıqda “VKontakte” sosial şəbəkəsinə girişin məhdudlaşdırılmasını xahiş edirəm.

Bu təşəbbüsü Rusiya pravoslav kilsəsi də bəyənib. Kilsə əməkdaşı Vsevolod Çaplin “İzvestiya” qəzetinə açıqlamasında uşaq və yeniyetmə pornoqrafiyasının yayımlanmasının qarşısını almaqdan ötəri hüquqi əsasların olduğunu vurğulayıb. “VKontakte” rəhbərliyi iformasiyanın haradan daxil olduğunu tapmağın mümkünsüzlüyünü bidirib, bununla özünü sığortalaması çox qəribədir-deyə əlavə edib. Çaplin –Biz uşaqlıq və yeniyetməliyin təmizliyini qoruyub saxlamalıyıq-deyib.

Rusiya desantlar şurası da uşaq pornosununun yayımlanması əleyninə çıxış edib.
“Biz bütün gücümüzlə uşaqları bu cür əxlaqsızlıqdan qorumaliyıq. Kim uşaqlarla əlaqə informasiyalarının yayılması və təbligi ilə məşğul olursa, biz onları ölkəmizin düşməni hesab edirik.Onlar bizim gələcəyimizi məhv edirlər”-deyə Ümumrusiya daxili desant quvvələri veteranlar şurası bildirb.

/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir