Paşinyan istefaya hazıram dedi, amma…


Ermənistanın baş naziri Nikol Paşinyan  öz Facebook səhifəsində  istefaya getməyə hazır olduğunu bəyan edib.

Lakin onu vurğulayıb ki, bunu ancaq xalqın qərarı ilə edəcək.

Paşinyan  onu da qeyd edib ki, xalqın etimadını alarsa baş nazir postunda qalmağa hazıram.

Onun sözlərinə görə Ermənistan vətəndaşları onun istefası ilə bağlı müxalifətin çağırışını dəstəkləmir. Hökümət başçısı onu da qeyd edib ki, müxalifətin orduya yardım etmək  üçün bütün resursları vardı, amma onlar bunu etmədilər. Bundan əlavə onların tərəfdarları minimuma enib.  

“Heç kim deyə bilməz ki, biz hakmiyyəti  zor gücünə saxlamışıq. Əksinə bizi çox yumşaq olmaqda günahlandırılar”-deyə Paşinyan yazıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir