Paşinyan KTMT təlimlərini Ermənistanda keçirməkdən imtina etdi


Ermənistanın baş naziri Nikol Paşinyan üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin ölkəsində keçirilməsinin baş tutmayacağını bildirib.  O bunu ölkəsinin hazırkı durumu ilə əlaqələndirib. Paşinyanın  mətbuat konfransındakı sözlərindən  RİA Novosti sitat gətirir.

“Hesab edirəm ki, burada anlaşılmazlıq var, çünki Ermənistan Müdafiə Nazirliyi artıq KTMT-nin Birgə Qərargahına yazılı şəkildə məlumat verib ki, hazırkı vəziyyətdə Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda baş tutmayacaq”, – Ermənistanın baş naziri bildirib.

Yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı kontingentinin “Sarsılmaz qardaşlıq-2023” Ermənistanda keçirdiyi təlimləri elan edib. Xəbər verdiyimiz kimi, hərbçilər şərti qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların və taktiki hərəkətlərin birgə planlaşdırılması məsələlərini işləməli olublar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir