Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir


Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Belorusiya prezidenti Aleksandr Lukaoşenko və Qazağıstan prezidenti Nursultan Nazarbayevin Kollektiv təhlükəsizlik muqaviləsi təskilatının (ODKB-KTMT) baş katibi ilə bağlı bəyanatına görə açıqlama tələb edəcəyini bildirib.

Paşinyanı qəzəbləndirən məqam belorus liderinin bu təşkilatın üzvü olmayan Azərbaycanla sammitin gedişini müzakirə etməsi olub. Bu noyabrın 12-də Lukaşenkonun Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilov ilə görüşü zamanı baş verib.

Görüşdə Belorusiya prezidenti qeyd edib kiKTMT-nın baş katibi yerinə bir neçə namizəd var. Bununla yanaşı, təşkilatın başında Ermənistan nümayəndəsinin olacağından şübhə etdiyini deyib. Eyni fikri Qazağıstan prezidenti Nursultan Nazarbayev də bölüşüb və bu Paşinyanın xoşuna gəlməyib.

“Bu belə çıxır ki, mən KTMT üzvü olmayan hansısa xarici ölkə səfirini dəvət edib onunla qapalı qapılar arxasında keçirlimiş yığıncaq haqqında damışıram””-deyə onun sözlərindən TASS sitat gətirib.

Noyabrın 8-də Astanada Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ölkələrinin sammiti keçirilmişdi. Orada Rusiya, Ermənistan, Belorusiya, Qazağıstan, Qırğızıstan və Tacikistan liderləri təşkilatın yeni başçısını təsdiq edə bilməmişdilər. Ermənistan nümayəndəsi olan əvvəlki baş katib Yuri Xaçaturov ölkəsində ona qarşı istintaq araşdırma işi başladıldığına görə postunu təcili tərk etmişdi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir