Patruşev və Bolton arasında 5 saatlıq görüş: Nələri müzakirə etdilər?


Patruşev və Bolton arasında 5 saatlıq görüş: Nələri müzakirə etdilər?
Moskvaya səfəri zamanı ABŞ prezidentinin məsləhətçisi Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev ilə görüşüb və beş saat ərzində onunla beynəlxalq gündəliyini müzakirə edib. Boltonun sonrakı planında xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüş var.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Milli Təhlükəsizlik üzrə Prezident Məsləhətçisi Jon Bolton Moskvada keçirilən görüşdə Moskva ilə Vaşinqton arasında etimad mühitinin yaradılması təşəbbüsünü müzakirə ediblər. Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən TASS bu barədə məlumat verib.

“Hər iki tərəf bir sıra təşəbbüslə çıxış ediblər. Bunun həyata keçirilməsi etimad mühitinin yaradılmasına və RF ilə ABŞ arasındakı əməkdaşlığın güclənməsinə təkan ola bilər””.

Bolton və Patruşev eyni zamnda nüvə silahlarının yayılmaması haqqında müqavilə, hərtərəfi nüvə tədqiqatının qadağan edilməsinə dair müqavilə, açıq səma müqaviləsi,o cümlədən kimyəvi silahların qadağan edilməsi konvensiyası, bioloji və toksin silahlarının qadağan edilməsi konvensiyasına dair məsələləri müzakirə ediblər. Bundan əlavə 2021-ci ildən sonra START-3 müqaviləsinin (hücum silahlarının azaldılması, müqavilə 2010-cu ildə imzalanıb) şərtlərinin beş il daha uzadılması məsələsinə də gündəmə gəlib.

Təhlükəsizlik Şurasının məlumatında o da bildirilib ki, ümumiyyətlə, təxminən beş saat davam edən müzakirələr “”konstruktiv və işgüzar bir şəkildə keçib””, onlar Ukrayna, Suriya, İran və Koreya mövzularına da toxunuular. Görüşdən sonra Patruşev və Bolton iki ölkənin Təhlükəsizlik Şuraları arasında dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Patruşev ilə görüşündən sonra Bolton Sergey Lavrovla görüşmək üçün Xarici İşlər Nazirliyinə gedib. Bununla yanaşı Amerika prezidentinin məsləhətçisi Vladimir Putinin və Müdafiə Nazirliyinin başçısı ilə danışıqlar aparmaq niyyətindədir. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, Putin ilə Bolton arasındakı görüşdə ABŞ-ın Orta və Kiçik mənzilli raketlərin ləğv edilməsi müqaviləsindən çıxması məsələsinə toxunalacağını söyləyib. RIA “”Novosti””, TASS və “”İnterfaks”” agentliklərinin məlumatına görə Bolton oktyabrın 23-nə qədər Moskvada qalacaq.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir