Payız budaması-Şantsev getdi, Ramazan Abdulatipov istefanın qaçılmaz olduğunu anladı və…


Payız budaması-Şantsev getdi, Ramazan Abdulatipov  istefanın qaçılmaz olduğunu anladı və...
Dağıstanın başçısı Ramazan Abdulatipov istefa vermək qərarına gəlib. O, elmivə ictimai fəaliyyətlə məşğul olacağını bəyan edib.

“Mən istefa haqqında əzizə verəcəm. Ola bilsin ki, bu gün. Bəs sonra? Əgər sağ və sağlam olsam hara isə qayıda bilərəm. Mənim bu planda maraqlarımın palitrası genişdir””-deyə “”Qovorit Moskva””ya müshibəsində deyib.

İstefa etməsinin səbəbini yaşı ilə əlaqələndirib- avqustda 71 yaşı tamam olub. Onun sözlərinə görə öz yerinə prezident adiminstarsiyasına bir neçə namizədini təklif edib.

Abdulatipov xatırladıb ki, əvvəllər dovlət qulluğu Akademiyasının kafedrasında işləyib və Moskva Dövlət Universitetinin professorudur. İrəlidə o, özünü elmi və ictimai fəaliyyətə həsr etməyi planlaşdırır.

“”Çoxlu layihələr var. İstefa ilə əlaqədar böyük imkanlar açılacaq. Mən vəzifəyə bağlı adam deyiləm. Mən elmi yaradıcılığın müxtəlif növləri ilə məşğul oluram””-deyə əlavə edib.

Ramazan Abdulatipov 2013-cü ilin sentyabrından Dağıstanın başçısı postundadır. Ona qədər Tacikistanda səfir işləmişdi.

Bundan əvvəl Nijeqorod və Samara vilayətinin başçıları istefaya getdilər. Baş nazirin müavini Dmitri Kozakın sözlərinə görə yaxın zamanlarda daha bir neçə qubernator istefaya göndəriləcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir