Pentaqon Manbiji Rusiya ordusunun nəzarətinə verdi


Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu “Suriya demokratik qüvvləri”” qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini “”bıçaqla arxadan vurulan zərbə”” kimi dəyərləndirib.

Türk ordusunun hücumundan sonra Suriyanın Manbij şəhərini tərk edən amerika hərbçiləri faktiki olaraq oranı rusların nəzarətinə vermiş oldu. Newsweek bu informasiyanı ABŞ müdafiə nazirliyində olan mənbənin verdiyi bilgilərə əsasən yayıb.

Pentaqonun bu yüksəkçinli əməkdaşının sözlərinə görə onun soydaşları şəhəri uzun müddət saxladılar və ona görə Rusiya qüvvələrinin orada yerləşməsinə yardım etmiş oldular. “”Elə , ya belə biz oranı ekskursiya etmədən tez çıxdıq. Əsas məqsəd bizə aid olan əşyaların daha çoxunu götürə bilmək və götürə bilmədiklərimizi məhv etməkdir””. Mənbə onu da bildirib ki, faktiki olaraq bu şəhərin ruslara verilməsi deməkdi.

Oktyabrın 15-də Surya hökümət qoşunları Manbij yolunda Amerika hərbiçilərinin oranı tərk etdiyi ilə qarşılaşması videosu paylaşılıb. O da xəbər verilir ki, Suriyanın şimalında olan ABŞ hərbçiləri qonşu İraqa köçürülüblər.

Bir müddət əvvəl Pentaqonda amerika hərbçilərinin Rusiyanın yardım etdiyi Suriya və Türkiyə ordularının tələsinə düşdüyü söylənilirdi. Hələ buna qədər ABŞ prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinə Suriyanın şimal hissəsini tərk etmək əmri vermişdi.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Suriyada hərbi əməliyyatlara başladığını bildirmişdi. Bu hərəkata “”Barış pinarı”” adı verilib. Onun qarşısına qoyduğu məqsəd Kürdüstan millətçi partiyası və “”İslam dövlətinə”” qarşı mübarizə aparmaqdır. Əməliyyat Suriya azad ordusu ilə birgə həyata keçirilir.

Bununla əlaqədar Amerika Ankaraya dəstək verməkdən imtina edib. Amerikanın yardımından yararlanan kürd yaraqlıları qruplaşması olan “”Suriya demokratik qüvvələri”” isə bunu “”bıçaqla arxadan zərbə”” adlandırıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir