Peskov: “Ərdoğanın mətbuat katibi olsaydım, bugünkü durumda istefa verərdim”


Peskov: “Ərdoğanın mətbuat katibi olsaydım, bugünkü durumda istefa verərdim”
RF prezidenti V.Putinin mətbuat xidmətinin rəhbəri Türkiyə mətbuatını Moskvada təmsil edən tanınməş jurnalist Fuad Abbasovun ona ünvanladığı sualın cavabında bu sözləri deyib.

Azərbaycanlı jurnalist Kremlin mətbuat katibi Peskovun iştirak etdiyi “Pravo znat” (“Bilmək haqqı”) verilişində bilmək haqqı olduğunu soruşub.

Peskov, demək olar ki, sualların cavabında daha çox “mümkün deyil” ifadəsi ilə mümkünlərə şərt qoşaraq cavab verib.

Rusiyanın TV Sentr kanalında yayımlanan “Pravo znat” (“Bilmək haqqı”) tok-şousunun növbəti buraxılışında Kremlin mətbuat katibi Dmitri Sergeyeviç Peskovun qonaq olduğu proqramda Türkiyənin “İxlas” agentliyinin Moskva bürosunun rəhbəri Fuad Abbasov da iştirak edib. Son zamanlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və hələ də pozitiv yöndə cüzi dəyişikliyə nail olunmaması fonunda Rusiyanın müxtəlif media qurumlarının siyasi proqramlarında aktiv iştirak edən Fuad Abbasovun Putinin sözçüsünə ünvanladığı suallar da bu səpkidən olub.

Fuad Malikoğlu Peskovu türkcə salamladıqdan sonra onun Rusiyanın Türkiyədəki səfirliyində uzun illər boyunca diplomat kimi çalışdığını xatırladıb.

“Bir anlıq düşünsək ki, Türkiyədə kariyerinizi davam etdirərək Ərdoğanın mətbuat xidmətinin rəhbəri olmağa qədər yüksəlminiz. Bugünkü durumda nə edərdiniz və Putindən nə gözləyərdiniz?”-deyə soruşan F.Abbasov,-buna rəğmən Rusiya prezidentinin mətbuat katibi olaraq Türkiyəni, türk insanını, mədəniyyətini, yaxından tanıyan biri kimi, iki ölkə arasındakı münasibətləri düzəltmək üçün hər hansı şəxsi təşəbbüslə çıxış edib-etmədiyi ilə də maraqıb.

Türkiyə mediasını təmsil edən azərbaycanlı jurnalistin sualını təbəssümlə qarşılayan Peskov, indi də Türkiyə ilə əlaqələrini davam edirdiyini söyləyib.

“ Orada çox sayda dostum var. Rusiyada yaşayan türk vətəndaşları arasında da çox tanıdığım və dostum var. Onlarla davamlı ünsiyyətdəyik. Əgər Ərdoğanın mətbuat katibliyinə qədər yüksəlsəydim və bugüngü hadisələr baş versəydi, mən istefa verərdim”.

Peskov 6 ay əvvələ kimi Moskva ilə Ankara arasında münasibətləri də dəyərləndirib. Bu münasibətlərin təməlini qoymaq üçün uzun illər boyu çox sayda siyasətçilər, diplomatlar, iş adamlarının əmək sərf etdiyini və bunun sayəsində Türkiyə və Rusiya arasında həm enerji, həm də qarşılıqlı investisiya, mədəniyyət və turizm sahəsində bir çox anlaşmalara imza atıldığını qeyd edib.

O,-“6 ay əvvələ qədər ölkələrimiz arasında münasibətlər örnək göstəriləcək səviyyədə idi. Ancaq fəlakət baş verdi və bunun qaynağı Ankaradır”-deyə böhranın medana gəlməsində Türkiyəni günahlandırıb.

Bir neçə nəsilin bunu unuda bilməyəcəyinə də inanan mətbuat katibi,-“Biz sadəcə burada yaşayan türk ailələrinə, qarışıq ailələrə yardım edə bilirik”-deyə Türkiyə tərəfinə səslənərək buradakı türklərin problemlərini anlatdığını vurğulayıb.

Peskov ayrılıqda bir fikri də xüsisi qeyd edib ki, Rusiyada yaşayan çox sayda türklər rusiyalı pilotun öldürülməsindən üzülür, Ankara ilə yaxşı münasibətlərin heç bir alternativi olmadığını deyirlər.

“Ankara öhdəsinə düşəni yerinə yetirməyincə Moskva Türkiyə ilə hər hansı təmasa hazır deyil”.

Fuad Malikoğlu: “Təyyarə vurulma hadisəsinin sonuna kimi çözülmədiyinə, bu məsələnin hələ də açıq qaldığına işarə edərək, bu problemin “ölü nöqtədən” tərpənməsi üçün hər iki tərəfin iştirakı ilə hərbi komissiya yaradılmasına Rusiya tərəfi hazırdırmı?-sualını verib.

Peskov Türkiyə ilə bütün münasibətlərin dondurulduğunu və yeni bir başlanğıc üçün Ankaranın “üzr istəməsi və təzminat ödəməsi tələbini” təkrarlayıb və Rusiya təyyarəsinin Suriya sərhədlərində düşürüldüyünə (yəni Rusiyanın doğru olduğuna) inandığını söyləyib.

Türkiyəni təmsil edən jurnalist belə olan təqdirdə Ərdoğanın 2024-cü ilə qədər iqtidarda olacağını nəzərə alsaq, bu əlaqələrin düzəlməsinin çətin olacağına işarə edərək, fikrini belə əsaslandırıb:

“Bu gün iki ölkənin qarşıdurması üçün çoğrafiya çok genişdir. Kiprdən Kırıma , kürd bölgələrindən Dağlıq Qarabağa qədər ki, bu siyahının da ən başında Azərbaycan-Ermənistan münaqişəsi gəlir.” Sonra F. Abbasov: Türkiyənin bu münaqişədə Azərbaycana hərbi və digər mövzularda dəstək olacağı məlumdur, lakin ATƏT-in Minsk qrupunun üzvü kimi bu qarşıdurmada barışdırıcı olan Rusiya üçüncü ölkənin müdaxilə etməsindən əvvəl onu həll etməsi mümkün deyilmi?”- fikrinə Peskovun mövqeyini soruşub. Jurnalist yeri gəlmişkən, Türkiyə-Rusiya qarşıdurmasında Azərbaycanın vasitəçilik təklifinin də nə yerdə olduğu ilə maraqlanıb.

Peskov Azərbaycanın vasitəçilik etməsi ilə bağlı suala cavabında bu səylərin bir nəticə vermədiyini və belə durumlarda bunun mümkünsüz olduğunu qəti şəkildə ifadə edib.

“Dağlıq Karabağ məsələsinə gəlincə, bir ölkənin hərbi müdaxiləyə kimi belə qarşıdurmalarda iştirak etmək istəyi barışdırıcı çözüm tapılmasında heç cür yardımçı ola bilməz. Rusiyanın səylərinin indilik heç bir nəticəsi yoxdur. Lakin yavaş-yavaş tərəflərı bir araya gətirib həlli yolunu tapmağa çalışırıq. ATƏT-in Minsk qrupunun məqsədi Yerevan və Bakı üçün əlverişli şərtlər yaratmaqdır. Yerevan və Bakının siyasi iradəsi olmadan bu problemin həlli mümkün deyil”.

Tünzalə VƏLİQIZI
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir