Peskov Donbasda 5 yaşlı uşağın ölməsi xəbərinin doğruluğunu bilmirəm deyib, amma…


Donbass milsinin verdiyi xəbərin də yalan olduğuna inanmır.

Dmitri Peskov jurnalistlərə bəyan edib ki, o, Donbasda 5 yaşlı uşağın ölməsi xəbərinin  (pailotsuz qurğu atılması nıticəsində) doğru olub olmamasını bilmir.

Bununla yanaşı, o, qondarma Donbas respublikası milisinin   veridyi i informasiyanın doğruluğuna da şübhə etmir.

“Uşağın ölümü ətrafında yalan  məlumat yayılmasını düşünmək çətindir”-deyə Kremlin sözcüsü  qeyd edib.

Aprelin 3-də DNR xalq milisi öz telegram kanalında  Ukrayna ordusunun pilotsuz qurğunun köməyi ilə  etdiyi hücumu nəticəsində 5 yaşlı uşağın həlak olduğunu yazıb. Ukrayna isə bu xəbəri təkzib edib.

Donbasdakı münaqişənin artması ilə əlaqədar olaraq Rostov vilayətinin ərazisindəki Rusiya qoşunlarının fəal hərəkəti və “dolaşması” ilə bağlı son xəbərlərə münasibət bildirən Dmitri Peskov “heç kim golaşayıb və dolaşmır” –deyib.

Onun szölərinə görə rus ordusu öz ərazisi boyunca “lazım olduğunu düşündüyü istiqamətdə” və “zəruri hesab etdiyi formada” hərəkət edir. Kreml spikerinin vurğuladığı kimi, bu heç kimin narahatlığına səbəb olmamalıdır: Rusiya nə Ukrayna, nə də başqa bir ölkə üçün heç bir təhlükə yaratmır. “Ancaq eyni zamanda öz təhlükəsizliyimizə çox diqqət yetiririk”- deyə  Peskov bildirib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir