Peskov Putinin xəstəliyi ilə bağlı xəbəri “bahar coşqusu”” adlandırdı”


Peskov Putinin xəstəliyi ilə bağlı xəbəri "bahar coşqusu" adlandırdı
“Baharda günəş görünən, hər yandan yaz qoxusu gəlincə coşqu-gərginləşmə artır. Kimi Seçinin istefa etdiyini, kimi hökümətin istefaya getdiyini, kimi isə bir neşə gün televizorda Putini görməyən kimi xəstələndiyini düşünür””. Prezidentin mətbuat katibi Peskov bu coşquya Kreml sakit yanaşır və verilən suallara səbrlə cavab verir-deyib.

Xatırladaq ki, Putinin xəstəliyi xəbəri 12-13 martda Astana keçiriləcək üştərəfli görüşə gedə bilməməsindən sonra çıxmışdı. Bundan sonra ölkə başçısının son dəfə 6 martda efirdə görünməsi diqqət çəkmib. Həmin gündən başlayaraq Putinin bütün rəsmi görüşlərinin təxirə salındığı, Kreml görüntü yaratmaq üçün saytında xəbərləri təzələnmiş tarixlə verməklə bunu gizlətdiyini düşünürlər.

Putinin mətbuat katibi Peskov bütün bu xəbərləri havanın istiləşməsi ilə əlaqələndirib. Şefinin saglığında bir problem olmadığını söyləməkdə davam edir.

Putinin Federal Təhlükəsizlik xidməti (FSB) əməkdaşlaır ilə planlaşdırılmış görüşü haqda Kremlin rəsmi xəbərinə gəlincə, Peskov qeyd edib ki, prezident belə görüşləri hər zaman keçirir və onlarn hamısı rəsmi olmur.

“”Rostneft””in başçısı İqor Seçinin istefası haqqında “”Nezavisimaya qazeta””nın baş redaktoru Konstantin Remçukovun Twitter hesabından yazığı xəbəri isə Peskov “”bahar gərginliyi”” adlandırıb. “”Rosneft””də də bu xəbəri təkzib ediblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir