Peskov Putinlə Zelenski arasındakı telefon söhbətindən danışdı


Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdıPrezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi “Salam”” olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni “”Alo”” deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Vladimir Zelenski Vladimir Putinə zəng etdi. Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti arasında ilk telefon söhbəti barəsində dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib. O, qeyd edib ki, vacib olan fakt iki ölkə prezidenti arasındakı ünsiyyətdir.

Hər hansı bir həyəcan ya tonla danışdıqları haqda müzakirə aparmağa dəyməz-deyən Peskov onu vurğulayıb ki, Zelenskinin komandası opertiv şəkildə Rusiya tərəfi ilə telefon danışığının razılaşmasına nail ola bilib. Texniki tərəfdən heç bir problem yox idi.

“”Putin danışığa “”Salam”” sözləriylə başlayıb””-deyə mətbuat katibi RİA Novosti-yə söyləyib.

Peskovun dediyinə görə prezidentlərin söhbəti praqmatik və tanışlıq xarakterli olub.

Zelenski Qara dənizdə Rusiya sərhədd sularını pozduqlarına görə saxlanılan ukraynalı dənizçiləri soruşub. Putin və Zelenski onların geri verilməsi, dəyişdirilməsi ilə bağlı mövqelərin yaxınlaşmasını müzakirə ediblər. Ukrayna- Rusiya danışıqlarının Normandiya formatı və Donbass məsələsinə də toxunulub.

Kremlin Putin və Zelenski arasında hələ ki, təkrar telefon bağlantısı qurmaq planı yoxdur. Peskov onu da dəqiqləşdirib ki, sayca ilk olan bu bağlantı dünən-11 iyulda baş tutub.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir