Peskov Türkiyə və Holandiya arasındakı konflikti şərh edib


Peskov Türkiyə və Holandiya arasındakı konflikti şərh edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə Hollandiya arasındakı diplomatik konflikti şərh edərək bildirib ki, Moskva Avropa Birliyi və Ankaranı təmkinli olmağa çağırır. “Biz Haaqa və Ankaranı gərginliyi genişləndirməməyə çağırır və elə hesab etmirik ki, ölkələr arasında hər hansı vasitəçiyə ehtiyac var, bu vəziyyətdən iki ölkə yalnız özü çıxa bilər””-deyə Peskov bəyan edib.

Martın 15-də Hollnadiyada parlament seçkiləri ərəfəsində iki ölkə arasında münaqişə yaranıb. Türkiyənin yeni konstitusiyası üçün referendumu dəstəkləyən mitinqin keçiriləməsini qadağan etməklə Hollandiya höküməti birnci olaraq Ankara ilə açıq konfliktə girib.

Bu ərəfədə Niderland höküməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayanı “”arzuolunmaz xarici”” elan edib və onu ölkəsindən deportasiya etməyi qərara alıb. Bundan əlavə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun təyyarəsi də Hollandiyaya buraxılmayıb. Cənab Çavuşoğlu bəyan edib ki, Ankara gözləyir ki, Avropa Niderlandın bu “”faşist aktı””nı mühakimə edəcəkmi?! Krallığın baş naziri Mark Ryutte öz növbəsində Türkiyədən üzr istəməyəcəyini deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir