Peterburqda “Spar” mağazalar şəbəkəsininn ortaqlarından biri saxlanılıb


Sankt -Peterburqda  Federal Təhlükəsizlik Xidməti  “İntertorq” Ticarət Evi  kompaniyasının ortaqlarından olan Allahverdi Abdullayevi “Sberbank”ın 8 milyadr rubl pulunu mənimsədiyinə görə saxlayıb. RBK-ya bu haqda Sankt-Peterburq Daxili işlər nazirliyinin  baş idarəsindəki mənbə  məlumat verilib.

Təçkilatın əməkdaşlarının evində 30-dan çox  axtarış əməliyyatı  keçirilib. Mənbənin verdiyi  məlumata görə axtarış  ötən il RF DİN istintaq departamentinin fırıldaqçılıq və böyük miqdarda pul mənimsəmə  maddəsi ilə qaldırdığı   cinayət işi əsasında həyata keçirilib.  

Federal Təhlükəsizlik xidməti Allahverdi Abdullayevlə yanaşı “İntertorq” Ticarət Evinin  hüquqşünası və maliyyə direktorunu da saxlayıblar. Bundan əlavə şirkətə xaricdən maliyyə dəstəyi verən  şəxs də tutulub.

İstintaq versiyasına görə  “İntertorq” kompaniyasının  nümayəndələri    gəlir və maliyyə  vəziyyəti haqqında  təsdiqlənməmiş informasiyalara əsaslanan saxta sənədlər təqdim edərək Şimal-Şərqi  “Sberbank” bankının  8 milyard rublunu mənimsəyiblər.  


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir