Peterburqda dairə yolunun üstündə Ukrayna bayrağına bənzər bayraq asılıb


Sankt-Peterburqun dairəvi yolunun şərqində kimsə Ukrayna bayrağına bənzər bayrağı asmağa müvəffəq olub. O, əvvəlcə sürücülərin, sonra isə polisin diqqətini çəkib.

Oxucuların “Fontanka”ya verdiyi məlumata görə, mavi-sarı bayraq aprelin 5-də səhər saatlarında Dairəvi yolun 47-ci kilometrliyində görünüb. Yolun üstündən keçən naqillərdən asılıb. İndi polis hadisə yerinə gəlib.

Bayrağın kimi asdığı hələ müəyyən edilməyib.  Elektrik naqilidən sallanan mavi-sarı  parçanı oradan çıxartmaq üçün iş gedir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir