Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun qonağı olublar- VİDEO -Eksklüziv

Sentyabrın 19-da H. Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Moskva Dövlət Universiteti Asiya və Afrika Ölkələri İnstitutunun qonağı oldular. Onlar İnstitutun Mərkəzi Asiya və Qafqaz kafedrasında bu il birinci kursdan Azərbaycan dili oyrənən tələbələrlə görüşdülər. Səmimi şəraitdə keçən görüş zamanı tələbələr Mariya Verşinina və Yunus Kutayev Səməd Vurğunun “Azərbaycan” şeirini söylədilər. Leyla Əliyeva tələbələrə təhsil uğurları diləyərək, institututun Prezidenti, professor Mixail Meyerin xahişi ilə öz şeirlərini oxudu. Tələbə Serafim Mixaylovun sualına cavab olaraq Leyla xanım təbiətdə kökü kəsilmək təhlükəsi olan heyvanların qorunması sahəsində fəaliyyətlərindən danışdı və bu nəcib işə hamının qoşulmasının zəruriliyini vurquladı. Azərbaycan dilini əsas əcnəbi dil kimi öyrənməyə qərar vermiş tələbələri Azərbaycana dəvət edən Leyla xanım gündən-günə gözəlləşən Bakıdan heyranlıqla danışan müəllimləri də Bakıda keçirilən ikitərəfli və beynəlxalq görüşlərdə iştirak etməyə çağırdı.

Qeyd ed’k ki, bu, son illər institutda yaranan ikinci Azərbaycan dili qrupudur. Tələbələr Azərbaycan dili ilə yanaşı, respublikamızın tarixini, coğrafiyasını və istisadiyyatını da dərindən öyrənirlər. Azərbaycan dilini müəllimlər Leylaxanım İsmayılova və Cəfərsadıq Abbasov tədris edirlər.

Tələbələrlə görüşdən sonra söhbət çay süfrəsi arxasında davam etdi. Üçüncü kurs tələbəsi Yana Samoylova milli geyimdə “Nəlbəki” rəqsini ifa etdi. Leyla Əliyeva Mərkəzi Asiya və Qafqaz kafedrasının müdiri, professor Jibek Sızdıkovaya öz xüsusi dizaynı əsasında hazırlanmış kəlağayı bağışladı. Öz növbəsində professor Leyla Əliyevaya və Polad Bülbüloğluna Şərqin məşhur şair və mütəfəkkiri Əlişer Nəvainin əsərlərinin yubiley nəşrini təqdim etdi.

Sonra qonaqlar institutun direktoru professor İqor Abılqazıyevlə görüşdülər.

Tünzalə Vəliqızı,
19 sentyabr 2016-cı il

FOTOLAR
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv
Polad Bülbüloğlu və Leyla Əliyeva MDU Asiya və Afrika Ölkələri İnstitutunun  qonağı olublar-  VİDEO -Eksklüziv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir