Polis qeyri-leqal taksilərin “ovuna” başladı


Polis  qeyri-leqal  taksilərin   “ovuna”  başladı
Paytaxt polisi qeyri-leqal taksi sürücülərini yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirib. Keçən həftə ərizində şəhərdə 12 “qaçaq” taksi (“bombil”) saxlanılıb. Bu haqda DİN-nin rəsmilərinə istinadən RİA Novosti məlumat verib.

Bu gün polis əməkdaşları Moskvanın şimal-şərq dairəsində bir neçə qanunu pozan taksi saxlayıb. Onların maşınlarından taksi kimi istifadə etmələri, yük daşımağa icazələri olması haqqında heç bir sənədləri olmayıb.O da qeyd edilir ki, qeyri-leqal taksidə qət etdiyin məsafədən asılı olaraq gediş haqqı 100 rublla-1000 rubl arasında hesablanır. Tutulanlar inzibati qaydada cavabdehliyə cəlb olunublar. Maşınlar isə cərimə dayanacağına aparılıblar.

Onu da qeyd etmək vacibdir ki, gələn ildən taksilər üçün lisenziya ödənişli olacaq. Taksi kimi işləməyə icazə Moskva texniki xidmət və yükdaşıma idarəsindən 5 illik müddətə verilir, qanunu pozan sürücüyə bu 5000 rubl cəriməyə başa gələcək. Lisenziyadan başqa texniki baxış, narıncı fənər və “şaşki” şəkli olmalı, daşıyıcı mütləq reysdən əvvəl tibbi yoxlamadan keçməlidir. Lakin qeyri-leqal taksilərin öhtəsindən gəlmək o qədər də asan deyil. Aydın olub ki, “bombilləri ovlamaq” üçün kiməsə gərəkli səlahiyyət verilməyib. Əvvəl planlaşdırılmışdır ki, qeyri-leqallari ayrılmış xüsusi xidmət ovlayacaq.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir