Polis Sobçakdan götürülən pulların şəklini yaydı


Polis Sobçakdan götürülən pulların  şəklini yaydı
Moskva polisi bu ərəfələrdə müxalifət liderlərindən olan Ksenya Sobçakın evində axtarış edilən zaman aşkar edilən pulların şəkillərini yaydı. Daxili İşlər nazirliyi baş idarəsinin saytında üstündə əllə “Sobçak “ yazılmış ağ konvertlərdə rubl, dollar, avro bağlamalarının seyfdə şəkillərini çəkib dərc ediblər. Seyf ağ konvertlərlə dolu imiş.

Müxalifətçilər İlya Yaşin və teleaparıcı Ksenya Sobçakın evində axtarış zamanı bir milyon avroya yaxın pul vəsaiti götürülüb. Axtarışdan sonra Sobçak bunu Twitterdəki bloqunda belə şərh edib: “Mənim illik gəlirim 2 miyon avrodan artıqdir. Mən banklara etibar etmirəmsə, pulumu evdə saxlamağa haqqım yoxdurmu?”.

Hazırda br neçə müxalifətçi, o cümlədən Ksenya Sobçak, Sergey Navalnıy, İlya Yaşin olmaqla istintaq komitəsində izahat vermək üçün çağırılıblar. Sergey Udaltsov isə vəkili ilə ismarıc göndərib ki, izahat verməyə gəlməyəcək, çünki “Marş Millionov” un təşkilatçısı kimi orada çıxış etməlidir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir