Polislər tutulan Umar Cəbrayılovun yerlilərinin basqın edəcəyindən ehtiyatlanırlar



Polislər tutulan Umar Cəbrayılovun yerlilərinin basqın edəcəyindən ehtiyatlanırlar
Çeçenlər Umar Cəbrayılov üçün polis bölməsinə basqın edə bilərlər. Rayona demək olar ki, yad adamlar buraxılmırlar.

Artıq biznesmenin müdafiəsi üçün bir dəstə “Kitay qorod””dakı daxili işlər idarəsi bölməsinin yanında toplaşıblar.

Millyarder və keçmiş senator Umar Cəbrayılovun dünən gecə Moskvada yerləşdiyi otel otağında tutulmasından sonra “”Kitay qorod””un DİN bölməsi “”Qala”” planı tətbiq edib. Polislər çeçen iş adamının yerlilərinin bölməyə basqın edəcəyindən ehtiyat edirlər. Ona görə də Kitay qoroda yalnız orada qeydiyyatı olanlar buraxılır.

Xatırladaq ki, Umar Cəbrayılov dünən gecə Moskvada qaldığı lüks oteldə otağında əlində silah xuliqanlıq edərkən saxlanılıb. O, tutulan zaman “”Döyüşsüz təslim olmayacam””-desə də müqavimətsiz silahını verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir