Polşa Avropa Birliyindən çıxa bilər


Polşa Avropa Birliyindən çıxa bilər
Polşa Avropa Birliyindən maddi vəsait almazsa hökümət bu qurumu tərk etmək üçün ölçü götürə biləcəyi barədə Avropa Şurasının rəhbəri Donald Tusk bəyan edib. Bu haqda The Telegraph xəbər verib.

Tuskun sözlərinə görə “Haq və Ədalət”” iqtidar partiyasının AB-nin üzvü olmasının faydası aldığı vəsaitlə bağlıdı. Onu ümumi bazar, hüquqi rejim və təhlükəsizlik zəmanəti maraqlandırmır.

O izah edib ki, Varşava AB-dən maliyyə vəsaiti aldıqca, ölkə höküməti üçün hələ ki, üzv olmağa dəyər.

“”Mən çox asanca təsəvvür edə bilirəm ki, Polşa AB-nə vəsait qoyan ölkə vəziyyətinə gələrsə, o zaman hökümət deyəcək ki, vətəndaşlardan ölkəsini AB-də görmək istəyib-istəmədiklrini soruşmaq zamanı gəldi. Sonra da hökümət bütün səylərini toplayaraq polşalıları inandıracaqlar ki, AB ilə vidalaşmaq lazımdır””-deyə Tuskun sözlərindən nəşr sitat gətirib.

“”Brüsseldə hələ ki, inanırlar deməyim, amma ümid edirlər ki, Polşa AB-də qalacaq””-deyə Tusk qeyd edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir