Polşalı avrodeputat rublun dövriyyədən çıxarılmasını təklif edir


Polşalı avrodeputat rublun dövriyyədən çıxarılmasını təklif edir
Avropa paralmentinin sədri müavini Rışard Çarnetskiy rublu beynəlxalq malliyyə dövriyyəsindıən çıxarmağı təklif edir.

O, Polşanın baş naziri Donlad Tuskdan Rusiyaya qarşı iqtisadi sanksiyanı davam etdirməyi təklif edib. “Bura rublun dövriyyəsinin dayandırılması sanksiyası da daxildir. Bu strategiya Rusiyanın iqtisadi maraqlarına əsaslı zərbə vuracaq. Visa MasterCard Moskva bankı müştərilərinə xidməti dayandıran zaman onun təsirli effekti olmuşdu”-deyə R. Çarnetskiy Polşa Seymindəki mətbuat konfransında bunları söyləyib.

Siyasətçi rublun dövriyyəsinin hansı yolla məhdudlaşdırılması mexanizmini isə aydınlaşdırmayib. Avrodeputat həmçinin Rusiya enerji resursları-qaz və neftə tələbatı ərəb ölkələrindən eksport hesabına azaltmağı təklif edib. O, bundan əlavə Avropaya qaz verilməsinə və Ruisya vəsaiti hesabına maliyyələşdirilimiş dağ-mədən, müdafiə, yüksək texnologiya sənayesinə nəzarəti gücləndirilməsini də söyləyib. İnformasiya texnologiyaları və KİV-ni nəzarət altına almaq da bu təkliflər sırasındadır.

Rubl 2006-cı ildən “Valyuta tənzimlənməsi” qanununa dəyişiklik qəbul ediləndın sonra rəsmi dövriyyə-dəyişmə valyutası olub. Lakin rubl hələ də azad dövriyyə-dəyişmə valyutası sayılmır. Bunun üçün rubl öz hesabını beynəlxalq valyuta terydinqini həyata keçirən CLS bankı (Continuous Linked Settlement Bank) ilə bağlamalıdır. Rusiya ödəmə sisteminin bu banka qoşulması rublun valyutalar sisteminə daxil olmasına və beynəlxalq bazara çıxmasına imkan yaradacaq.

Qeyd edək ki, Polşa Rusiya kontrsanskiyasından ciddi zərər görən ölkədir. 1 avqust Polşadan gələn meyvə-tərəvəzə qadaga qoyulub. Qadagaya alma, armud, gilas, gilənar, şaftalı, ərik, göyəm,kələmin müxtəlif sortları və s. daxildir.

Mərkəzi statistika bürosunun məlumatına görə Polşadan Rusiyaya eksport edilən malların həcmi 1 miyard avro dəyərindədir.
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir