Poroşenko Donbassa BMT sülhməramlılarının yerləşdirilməsi şərtlərini açıqladı


Poroşenko Donbassa  BMT sülhməramlılarının yerləşdirilməsi şərtlərini açıqladı
Donbassa BMT sülməramlıları gələcək, lakin bu DNR VƏ LNR, o cümlədən Rusiya ilə razılaşdırlmayacaq. Poroşenko belə deyib.

Prezident Poroşenko bilririb ki, Ukrayna Donetsk və Luqanskyə sülhməramlıların yerləşdirilməsi parametrlərini qondarma respublikaların nümayəndələri və həmçinin Rusiya ilə razılaşdırılmasını müvafiq hesab etmir.

Ukrayna dövlət başçısı BMT sülhməramlı missiyasınının Dontesk və Luqanskinin bütün ərazilərinə və Rusiya ilə sərhəddə yerləşdirilməsi nəzərdə tutulduğunu deyib. Ondarma respublikaların nümayəndələri və Rusiyanın burada iştirakı mümkün deyil-deyə prezidentin sözlərindən UNN agentliyi sitat gətirib.

Poroşenko onu da qeyd edib ki, BMT-nin sülhməramlı missiyası prinsipləri “təcavüzkar ölkə və münaqişə tərəflərinin iştirakını”” rədd edir. “”BMT-nin missiyasının iştirakının parametrlərinin rus yaraqlıları ilə razılaşdırılmasından söhbət gedə bilməz””-deyə o şərh edib.

Sülhməramlıların yerləşdirilməsi danışıqları və yerləşdirilməsi Rusiyaya qarşı sanksiyasının qaldırlmasına gətirib çıxarmamalı, “”Ukraynanın süverenliyi, ərazi bütövlüyü və müstəqilliyi tamamilə bərpa olunana qədər”” qüvvədə olmalıdır.

Mavidəbilqəlilərin yerləşdirilməsi ölkənin şərqində münaqişənin nizamlanmasında real irəliləyişə imkan verəcək-deyə Poroşenkonun bəyanatına UNİAN agentliyi istinad edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir