Poroşenko Makkeynlə vida mərasimində onu Ukraynanın qəhrəmanı adlandırıb


Poroşenko Makkeynlə vida mərasimində onu Ukraynanın qəhrəmanı adlandırıb
Ukrayna prezidenti Petr Poroşenko Amerika senatı Jon Makkeyni Ukraynanın qəhrəmanı adlandırıb. Bu barədə prezidentin mətbuat xidmətinə istinadən “Ukraynskaya pravda”” xəbər verib.

Bu gün sentyabrın 1-də Vaşinqtonda Makkeyndə vidalaşma mərasimi keçirilir. Mərasimdə Ukrayna prezidenti Poroşenko ilə yanaşı Kiev şəhərinin meri Vitali Kliçko da iştirak edir.

Vida nitqi söyləyən Ukrayna prezidenti tarixin gərgin zamanlarında Makkeynin ukraynalıların yanında olduğunu deyib. O, həmçinin meydan hadisələri zamanı senatorun ukraynalılara müraciət etdiyini xatırlayıb.

“”Siz Amerikanın əsl qəhrəmanısınız, Siz həm də Ukraynanın əsl qəhrəmanısınız. Minnətdarıq Sizə””-deyə Poroşenko bu sözlərlə nitqiniə yekun vurub.

Xatırladaq ki, Makkeyn avqustun 25-də uzun zamandan bəri mübarizə apardığı xərçəng xəstəliyinə yenilərək vəfat edib. O, sentyabrın 2-də Merilend ştatının Annapolis şəhərində, 1958-ci ildə bitirdiyi ABŞ Hərbi dəniz akademiyasının ərazisində dəfn ediləcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir