Poroşenko Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsindən qorxur


Poroşenko Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsindən qorxur
Prezident Petr Poroşenko yerli telekanallara bəyan edib ki, ölkə Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi qarşısındadır. Bu haqda RİA Novosti xəbər yayıb.

Onun sözlərinə görə bunu kəşfiyyatın əldə etdiyi bilgiyə əsasən Ukrayna sərhədlərinə rus hərbi texnikası və tankları yerləşdirilməsi xəbəri təsdiq edir.

“Buna görə mən istəyirəm ki, heç kim bunu oyuncaq sanmasın. Ölkə Rusiya ilə böyükmiqyaslı müharibə təhlükəsi altındadır””-deyə Poroşenko söyləyib.

Ukrayna lideri onu da qeyd edib ki, ölkənin onlarla rayonunda hərbi vəziyyət elan edilməsi də bu səbəbdəndir.

Noyabrın 26-da saat 14:00 -da elan edilən hərbi vəziyyət 30 gün müddətində -dekabrın 26-na kimi davam edəcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir