Poroşenko Trampla ilk telefon söhbətində Krım və Donbass məsələsini qaldırıb


Poroşenko Trampla ilk telefon söhbətində Krım və Donbass məsələsini qaldırıb
Ukrayna prezidenti Petr Poroşenko ve ABŞ-ın yeni seçilmiş başçısı Donald Tramp Krım ətrafındakı vəziyyəti üzkirə ediblər. Bu haqda Ukrayna prezidenti bəyan edib. Onun sözlərinə istinadən RİA Novosti məlumat verib.

“Prezident seçilmiş Trampla aramızda olan telefon söhbəti zamanı Krımın və Donbassın işğal olunması məsələsi qaldırıldı. Mən Ukrayna prezidenti ilə ABŞ-ın yeni seçilmiş prezidenti arasında baş tutan ilk telefon söhbətinin mətnini açmaq istəmirəm, lakin mənim ona ölkəmin şərqindəki vəziyyət barədə çox ətraflı informasiya vermək imkanım oldu “”-deyə Poroşenko bildirib.

Xatırladaq ki, Krım Rusiyanın tərkibinə 2014-cü ilin martında daxil olub. Donlad Tramp seçkiqabağı kampaniyada dəfələrlə Krımın Rusiyanın bir hissəsi kimi tanınması məsləsinə baxacağını demişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir