Portuqaliya finalda Fransaya qalib gələrək ilk dəfə Avropa çempionu oldu


Portuqaliya finalda  Fransaya qalib gələrək  ilk dəfə  Avropa çempionu oldu
Ayağından zədə alan Ronaldu oyunu davam etdirə bilməyəcəyi üçün ağladı… Bir gecədə Ronaldonu Fransa meydanı iki dəfə ağlatdı. İkinci dəfə komandası Portuqaliya çempion olduğu uçun….

Avropa çempionatının finalında qarşılaşan Portuqaliya ilə Fransa yığma komandası oyunu 1:0 hesabı ilə Portuqaliyanın xeyrinə nətəcələnib. Turnirə ev sahibliyi edən Fransa komandası qələbəyə yaxın olsa da, oyunun əsas hissəsində hesab açılmayıb.

Parisin şəhərətrafındakı Sen-Denidə yerləşən ” Stad de Frans”” stadionunda keçirilən Avropa çempionatının final mərhələsində Fransa ilə Portuqaliya komandaları arasındakı yarışma gözlənilməz anlarla yadda qaldı.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində Fransa yığmasının yarımmüdafiəçisi Dmitri Payet Portuqaliya komandasının kapitanı Kriştian Ronaldunu ayağıdan zədələdi. Onu meydandan xərəkdə apardılar. Belə yüksək bir turnirin finalında oynamaq şansını əlindən alınan ulduz futbolçu Ronaldu oyunu davam etdirə bilmədiyi üçün ağladı.
Portuqaliya finalda  Fransaya qalib gələrək  ilk dəfə  Avropa çempionu oldu

Oyunda hesab 109-cu dəqiqədə açıldı. Ederin uzaqdan vurduğu top Portuqaliya yığmasına qələbə qazandırmaqla yanaşı, həm də komandasını Avropa çempionu etdi.

Bu Avropa çempionatı tarixində Portuqaliyanın finalda ilk qələbəsidir. Bundan əvvəl 2004-cü ildə Kriştian Ronaldunun komandası finala qədər gəlmiş, lakin Yunanistana uduzmuşdu.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir