PPK Qaziantepdə terror törətdi


PPK Qaziantepdə  terror törətdi

PKK-lı terorçular Qaziantepdə içində bomba olan avtomobili polis şöbəsi yaxınlığında partladaraq bayramı qana boyadılar.

Qaziantep valisi Erdal Ata bombalı maşınla həyata keçirilən terror aktı nəticəsində 8 nəfərin öldüyünü, 66 nəfərin isə yaralandığını açıkladı.

Polis mərkəzini hədəfə alan terrorçular ortalığı müharibə müydanına döndərdilər. Partlayış nəticəsində iki avtobus və iki avtomobil yanıb, yaxındadkı evlərə, maşınlara ziyan dəyib.

Yenisəs.ru-nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə partlayış Qaziantepin mərkəzində dünən saat 19:45 radələrində törədilib. İçi bombalı olan avtomobili terrorçu poliş şöbəsnin yanxınlığında insanlarn gur yerində saxlayaraq özü düşüb gedib və sonra uzaqdan idarə etməklə partladıb. Nəticədə həmin ətrafda olan sərnişin avtobusu və bir avtomobil partlayıb, digər maşınlara, evlərə, mağazalara da güclü ziyan dəyib.

Partlayışda 8 nəfər ölüb, yaralalan 66 nəfər isə xəstəxanaya aparılıb. Yaralılara qan vermək üçün insanlar xətəxanaya axışıblar. Ölənlər arasında polis əməkdaşlarının da olduğu bildirilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir