Prezident administrasiyasının başçısı Sergey İvanovun oğlu öldü


Prezident administrasiyasının başçısı Sergey İvanovun oğlu öldü
RF prezident administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Vneşekonombankın (VEB) sədr müavini Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində çimərkən batıb. Müxtəlif KİV-ində bu haqda bir az əvvəl məlumat verilsə də xəbəri VEB-in mətbuat xidməti noyabrın 5-də rəsmi şəkildə təsdiqləyib. Bu barədə “Kommersant”-ın məlumatında deyilir.

“Forbes” in məlumatına görə faciənin şahidləri söyləyirlər ki, Aleksandr İvanov kiçik oğlu ilə çimirmiş. Onun batıracaq qədər güclü dalğa da yox imiş. Bu faciənin niyə baş verməsi anlaşılmazdır.

Aleksandr İvanovun 37 yaşı vardı. O, Moskvada doğulub. Moskva dövlət beynəlxalq əlaqələr institutunu və Dövlət yanında Maaliyyə akademiyasında “Dünya istisadiyyatı” ixtisasını bitirib. 2002 və 2006-cı illərdə Vneştorqbankda çalışıb. Sonra Vneşekonombankda departanemt direktorunun müavini kimi işləyib. 2012-ci ildə isə bankın idarəetmə sədrinin müavini təyin olunub.

Bankın sədr müavini kimi eksport və borc bazarına maaliyyəçiləri cəlb etmə məsələlərinə nəzarət edib.

Onu da xatıradaq ki, Aleksandr İvanovun adı 2005-ci ildə Lobaçevski küçəsində yolu keçərkən 68 yaşlı Svetlana Beridzeni vurub öldürməkdən doğan qalmaqalda hallanıb. Bu avtoqəzaya görə Aleksandr İvanovu istintaqçılar günahlandırmayıb, sürücünün “piyadanı vurmaması üçün texniki imkanı olmadığı” qərarına gəliblər.

Aleksandr İvanovun işinə xitam verilməsi barədə KİV-də məlumat veriləndən sonra Sergey İvanov müsahibələrinin birində oğlunu təbrik edib. Onu da əlavə edib ki, oğlunun işi üçün heç bir köməklik etməyib.


/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir