Pussy Riot-çu Mariya Alexina əfv olunsa da, Putini əfv etmədiyini deyib


Pussy Riot-çu Mariya Alexina əfv olunsa da,  Putini əfv etmədiyini deyib
2012-ci ilin fevralında Xrist Spasitel məbədində təhqiredici hərəkətlərindən dolayı cəzaya məhkum edilən Pussy Riot qrupunun üzvlərindən Mariya Alexina bu gün azadlığa buraxılıb.

Mariya Alexina cəzasını Nijni Novqorodda yerləşən 2 saylı təcridxanada çəkirdi. O, 19 dekabrda elan olunmuş aministiyaya düşərək azad edilib.

Mariya Alexina “Dojd” telekanalına açıqlamasında bundan sonra hüquq müdafiəçisi olacağı haqqında məlumat verib. Bundan başqa onun prezident Putinə münsibətinin dəyişmədiyini də bildirib. “Əlacım olsaydı amministiyadan imtina edərdim”. Bunu da Alexina söyləyib.

Azad olunandan sonra Mariya Alexina “Təcavüzə qarşı komitə” ictimai təşkilatının ofisinə gələrək hüquq müdafiəçiləri ilə görüşüb. Bu gün təcridxananı Pussy Riot işinə görə daha bir mühakimə edilən Nadejda Tolokonnikovanın da tərk edəcəyi gözlənilir.

Pussy Riot-ün üç üzvü Mariya Alexina, Nadejda Tolokonnikova və Yekaterina Samutseviç 2012-ci ilin 17 avqustunda 2 il azadlıqda məhrum edilmişdilər. Onlardan sonuncusu Samutseviç oktyabrda azadlıga çıxmışdı. Aministiyaya qədər digər ikisinin 2014-cü ilin martında azadlıga çıxacağı gözlənilirdi.

Banu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir