Putin ənənəni pozmadı- namizədi Medvedev oldu


Putin  ənənəni pozmadı- namizədi Medvedev oldu
Bu gün rəsmi şəkildə prezident kürsüsünə oturan Putin Dövlət Dumasına hökümətin başına Dmitri Medvedevin gətirilməsini təklif edib. Bu haqda məlumat Kremlin saytında dərc olunub.

Gözlənilidiyi kimi yeni prezident deputatlardan hökümətin başında Medvedevin saxlanmasını istəyib. Medvedevin namizədliyinə Dövlət Dumasında sabah -mayin 8-də baxılacaq.

Putinin bu qərarı sürpriz olmadı. Bu haqda proqnozu bir çox əvvəlcədən ekspertlər vermişdilər. Ona da şübhə yoxdur ki, Dövlət Duması Putinin nazmizədini dəstəkləyəcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir