Putin dünyanın 100 nüfuzlu adamı siyahısında


Putin dünyanın 100 nüfuzlu adamı siyahısında

Putin dünyanın 100 nüfuzlu adamı siyahısında- Donald Tramp və Rəcəb Tayyib Ərdoğan da bu siyahıda yer alıblar. Onun haqqında oçerk-portreti isə M. Qorbaçov yazıb. Maraqlı məqamlardan biri də “Ağ Kaskalılar”” təşkilatının lideri- terrorçularla sıx əlaqəsi olan Rayed Əl Salehin də 100 nüfuzlu adam siyahısına düşməsidir.

Rusiya prezidenti Vladimir Putin Time jurnalının versiyasına görə dünyanın 100 nüfuzlu adamı siyahısına düşüb.

Jurnal 100 adamı müxtəlif kateqoriyalara bölüb- “”Nəhənglər””, “”Novatorlar””, “”İncəsənət xadimləri””, “”Liderlər”” və “”Kumurlər””.

Putin “”Liderlər”” siyahısına daxil edilib. Siyahıda olanlar sıralanmir. Əvvəl Time jurnalı bir neçə dəfə Putini ən nüfuzlu persona siyahısına salmışdı.

“”Liderlər”” arasında ABŞ prezidenti Donald Tramp, Şimali Koreyanın lideri Kim Çen In, Filippin prezidenti Rodriqo Duterte, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kolumbiya prezidenti Xuan Manuel Santos, Wikileaks-ın təsisçisi Djulians Assanj, Çin Xalq Respublikasının sədri Si Tsinpin, Microsoft kompaniyasının yaradıcılarından birinin həyat yoldaşı Melinda, Roma papası Fransis, Böyük Britaniyanın baş naziri Tereza Mey, Hindistanın baş naziri Narenda Modi, İran generalı Kasem Süleymani, Ağ Evin apparat rəhbəri Rayns Pribus, ABŞ prezidentinin strateji məsələlər üzrə məsləhətçisi Stiven Bennon, ABŞ senatı demokratlarının lideri Çak Şumer, Pentaqonun başçısı Ceymis Mettis, FBR-in direktoru Jeymis Komi və digər siyasətçilər var.

Hər bir siyasətçi haqqında müxtəlif müəlliflər oçerk yazıblar. Putin haqqında oçerki isə SSRİ-nin eks-perzidenti Mixail Qorbaçov yazıb. Qorbaçov oçerkində “”prezident Vladimir Putini vəziyyəti stabilləşdirməyə müvəffəq olan, Rusiyada dövlətçiliyi saxlayıb və onun iqtisadi mövqeyini gücləndirən”” kimi təsvir edib. “”Mən inanıram ki, Rusiya yalnız demokratik yolla uğur qazana bilər. Rusiya həqiqi çoxpartiyalı sistemlə, ədalətli seçkilər və hökümətin sistematik yenilənməsi ilə siyasi rəqabətə hazırdır”” ,- deyə Qorbaçov yazıb.

Time “”Nəhəglər”” kimi sahibkarlar -Daniel Eka və Evan Şpigeli, Amazon.com internet magazasının yaradıcısı Ceffi Bezosu, basketbolçu Lebron Ceyms və başqalarını göstərir.

“”Novatorlar””a ABŞ prezidentinin qızı İvana Tramp və onun əri Cared Kuşner, amerikalı aktrisa Konstans Vu və s. daxildir.

“”İncəsənət xadimləri”” siyahısında isə müğənni Alişu Kiz, ssenari yazan Barri Cenkins, amerikalı futbolçu Kolin Kopernik və “”Ağ kaskalılar”” təşkilatının lideri -“”Nursa”” və “”Əl-Qaidə”” terror təşkilatı ilə sıx əlaqəsi olan Rayed-Əl Saleh də var.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir