Putin düşərgəsinin reytinqi – 2018-də özü ilə götürəcəyi və qalanlar


Putin düşərgəsinin reytinqi -  2018-də özü ilə götürəcəyi və qalanlar
“Peterburqskaya politika”” fondu RF prezidenti Vladimir Putinin varisi ola biləcək nüfuzlu ictimai şəxslərin reytinqini çıxarıb. 2018-2024-cü il arasında iqtitadar hansı kadrlarla gedəcək. Ehtiyat skmayasında kimlər var və kimlər “”gözdən çıxarılıb? “”Peterburqskaya politika”” fondu tərtib etdiyi reytinqlə bu ehtimimalları ortaya qoyub. Fondun araşdırmasına görə Putinin ən yaxın varisləri Dmitri Medvedev və Sergey Sobyanindir. Bu siyahıdan çıxış etsək- Putinin sevimlisi Ramzan Kadırov 13-cü yerlə “”dostundan”” uzaq düşüb. Reytinqdə maraqlı olan məqamlardan biri də bu gün iqtidarda olan- güc strukturu başındakıların bu dairədən çıxarılmasıdır.

Reytinq cədvəlinə düşən siyasətçiləri ekspertlər 2018-2024-cü illərdə iqtidar koalisiyasının üzvləri adlandırır. Ballar onların nüfuzu, ictimaililiyi, aktivliyi, münaqişəsizliyi, başqa klanlar üzrərində təsirliliyinə görə hesablanıb. Ekspertlər həmçinin siyasətçilərin uğurluluğu və uğursuzluğunu, o cümlədən yay ərizndə Putinlə görüşlərinin sayını da araşdırıblar.

Kadr ehtiyatı skamyasında Putinə daha yaxın – 21 balla Dmitri Medvedev və 19 balla Moskva meri Sergey Sobyanin durur. “”Peterburq siyasətçiləri””nin versiyasına görə paytaxt meri 2004-cü ildən potensial varis dairəsinə düşüb və bu illər ərzində nəzərəçarpacaq dərəcədə bu statusa yaxınlığını da daha artırıb. Tula qubernatoru Aleksey Dyumin (18 bal) ondan bir bal geridə qalaraq 3-cü yerdə dayanır. Çeçenistan başçısı Ramzan Kadırov böyük fərqlə (14 bal) 13-cüdür.

Reytinqin müəllifləri Korrupsiyya qarşı mübarizə fondunun (FBK) başçısı Alkesey Navalnıyı da 20-lər siyahısına salaraq 10 balla 18-ci yerdə qərarlaşdırıblar.

Cədvəldə Minpromtorqun başçısı Denis Manturov, başnazirin müavini, Uzaq Şərq federal dairəsnin səlahiyyətli nümayənəsi Yuriy Trutnev, Xarici kəşfiyyat xidmətinin (SVR) Sergey Narışkin, Mərkəzi bankın rəhbəri Elvira Nabiullina, Hesablama palatasınn başçısı Tatyana Qolikova, “”Rostex””in baş direktoru Sergey Şemezov, Provoljskinin səlahiyyətli nümayəndəsi Mixail Babiş də var.

Gələcək iqtidar koalisiyasına Rosqvardiya başçısı Viktor Zolotov, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov, Təhlükəsizlik xidmətinin katibi Nikolay Patruşev, maliyyə naziri Anton Siluanov, baş prokuror Yuriy Çayka, prezidentin köməkçisi Vladislav Surkov düşməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir