Putin efirdə söyüşü qadağan etdi


Putin efirdə  söyüşü qadağan etdi
Rusiya prezidenti V. Putin KİV-də söyüşdən istifadə etməyi qadagan edən qanun imzaladı. Bu qanunda senzurasız leksikondan istifadə edənlərə aşağıdakı cərimələri tətbiq etmək nəzərdə tutulur:

Hüquqi şəxslər üçün 20 mindən 200 min rubla kimi;
Peşəkar şəxslər (KİV təmsilçilrəri) üçün 5 min rubldan 20 min rubla kimi;
Adi vətəndaşlar üçün 2 min rubldan 3 min rubla kimi

Cəza inzibati qanunpozmalar kodeksi ilə təsbit edilir. Orada deyilir ki, bu maddə ilə “qanun pozan predmeti müsadirə” etmək olar, lakin bununla nə nəzərdə tutulduğu aydınlaşdırılmır.

Qanun televiziya, qəzet və internet də daxil olmaqla bütün KİV üçün keçərlidir. Deputatlar onu da izah edirlər ki, KİV-nin cavabdehlik daşıyıb- daşımayacağına qərar verməkdə çətinlik yaranarsa, buna qiymət vermək üçün ekspertlər cəb olunacaq.

Deputat Dmitriy Vyatkin bildirib ki, KİV hətta efirdə bə ya mətndə söyüşlü ifadəni tam işlətmədiyi halda, əgər sözün baş və son hərfi yazılıb ortada ulduz işarəsi qoyularsa, onun söyüş kimi anlaşıldığı nəzərə alınaraq qanun pozuntusu kimi dəyərləndiriləcək.

Qanunun aydılaşdırılma vərəqində bu qadağanın yeniyetmələrin maraqlarından çıxış edərək qəbul edilidyi göstərilir. Sənəddə o da xüsusi olaraq vuğulanır ki, söyüşdən istifadə etmək sadəcə ictimai yerlərdə qadağan edilir.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir