Putin federal dövlət orqanlarında kadr dəyişikliyi etdi


Putin federal dövlət orqanlarında kadr dəyişikliyi etdi
Rusiya prezidenti Putin bir sıra federal dövlət orqanlarında çalışanların vəzifədən uzaqlaşdırlması və yeni təyinatlar haqqında fərman imzalayıb.

RF DİN-in Krasnodar vilayəti üzrə başçısının müavini, daxili xidmət polkovniki Sergey Qorbunov tutduğu vəzifədən azad edilərək, onun yerinə daxili xidmət polkovniki Yevgeni Verşinin təyin edilib. General-leytinant Vyaçislav Balaxnin RF DİN daxili qoşunlar baş komandanlığının xüsusi və hərbi yüklərin, əhəmiyyətli dövlət obyektlərinin mühafizəsi idarəsinin başçısı vəzifəsindən uzaqlaşdırılıb.Prezident bu vəzifəyə general-mayor Oleq Borukayevi gətirib.

Həmçinin Narkotik maddələrin dövriyyəsinə nəzarət federal idarəsinin Orlov vilayəti üzrə rəisi, polis polkovniki Andrey Mayaskov, Altay üzrə RF İstintaq idarəsi istintaq komitəsinin başçısı ədliyyə general-mayoru Eduard Oşlıkov tutduqları vəzifədən azad ediliblər. Karsnoyarsk vilayət Fövqəladə hallar xidməi baş idarəsinin rəisi, general mayor İldar Curayev də vəzifədən cıxarılanlar siyahısındadır.

Rusiya prezidenti daxili xidmət polkovniki Aleksey Biryukovu Kalininqrad vilayəti FHX baş idarəsinin rəisi təyin edib. General-mayor Pavel Bobkov RF DİN daxili qoşunlar baş komandanlığı döyüş hazırlığı idarəsinin rəhbərinin müavini, general-mayor Sergey Boyko isə RF DİN daxili qoşunlar komandası Şərq regional komandanlığının birinci müavini yerinə gətirilib.

Bryansk vilayəti RF narkotik malların dövriyyəsinə nəzarət federal xidməti idarəsinə polis general- mayoru Konstantin Bondarev rəis gətirilib.

Polis general-mayoru İqor Zinovyev RF DİN cinayət axtarış baş idarəsinin paytaxt üzrə başçısı qoyulub. Polis –polkovniki Aleksandr Bınenko isə onun müavini vəzifəsini tutub.

General mayor Dmitri Viruxin prezidentin fərmanı ilə RF DİN daxili qoşunlar baş qərargahının təşkilati- səfərbərlik idarəsinin birinci müavini, daxili xidmət general-mayoru Sergey Qladkin RF DİN Hüquq –müqavilə departamenitinin rəis müavini təyin edilib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir