Putin Federal yığıncaqda çıxış edib


Putin  Federal yığıncaqda çıxış edib
“Millətçilik və şovonizm birbaşa xalqa ziyandır”.

Putin prezidentliyinin üçüncü müddətində birinci dəfə olaraq deputatlar qarşısında çıxış edib. Bu Putinin deputatlar qarşısında ümumilikdə doqquzuncu müraciətidir.

Putin müraciətində Rusiyanın yaxın illərdəki inkişafından danışıb. KİV-in məlumatına görə o korrupsiya, vətənpərvərlik və milli məsələlərə toxunub.

Federal yığıncaqda çıxış edən prezident Vladimir Putin bəyan edib ki, millətçilik, şovonizm xalqa ziyandır.

“Biz yaddan çıxarmamalıyıq ki, millətçiləri narahat edən istənilən millətçilik və şovonizm burbaşa bütün xalqa və etnosa ziyandır. Milətçilərin və ekstremistlərin təklif etdiyi müxtəlif rəngli və növlü qərarları Rusiya üçün təhlükəlidir. Onlar nə qədər təmtəraqlı sözlər söyləsələr də bu cəmiyyəti parçalanmağa və ölkənin dağılmağa doğru sürükləyir”-deyib o.

Prezident bəyan edib ki, 2015-ci ilə kimi Rusiya xarici pasport məsələsini həll edəcək. Eyni zamanda Putin Gömrük İttifaqına və Ümumi İqtisadi məkana daxil ölkə vətəndaşlarının sərhəd keçməsi qaydalarının 2015-ci ilə qədər maksimum şəkildə sadələşdirilməsini vəd edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir