Putin FSB -yə “torpaq zəbt etmək”” hüququ verdi”


Putin FSB -yə "torpaq zəbt etmək"  hüququ verdi
Federal Təhlükəsizlik xidmətinə daha bir imtiyaz.. Alacaq, tikəcək, sökəcək…

RF prezdenti Valdimir Putin Federlal Təhlükəsizlik xidmətinə dövlətin ehtiyacı üçün torpaq sahəsi və daşınmaz əmlakı geri almağa icazə verən qanun imzalayıb. Prezident bundan əvvəl eyni səlahiyyəti Federal mühafizə xidmətinə də vermişdi.

Sənəddə göstərilir ki, RF Federal Təhlükəsizlik xidmətinin vəziyyətinə dair normalara dəyişiklik edilir, idarə “öz səlahiyyətləri çərçivəsində “”torpaq sahəsi və ya orada yerləşən daşınmaz əmlakı Rusiya Federasiyasının dövlət ehtiyacı nəfinə zəbt edə bilər””.

Sərəncam imzalandığı vaxtdan qüvvəyə minir.

Sərəncamda o da qeyd edilir ki, dəyişikliyin reallaşdırılması büdcədən əvavə vəsait və FSB ştatının çoxaldılmasını tələb etmir.

Qeyd etmək yerinə düşər ki, mart ayında Rusiya Federal mühafizə xidməti (FMX) də dövlətin ehtiyacı üçün torpağın geri alınması ilə bağlı qərar qəbul etmək hüququ almışdı. Aidiyyatı bildirş FMX-nə ötən ilin avqustunda göndərilmişdi. Xidmət xahiş etmişdi ki, “”Rusiya FMX-nə səlahiyyəti gərəyi dövlət ehtiyacı üçün federal əhəmiyyətli tikintilər və obyektlərin rekonstruksiya olunması məqsədi ilə torpaq sahələrinin geri alınamsına qərar vermək hüququna icazə verilsin “”.

Elə o zaman -2016-cı ilin avqustunda FSB də onlara torpağı geri almaq hüququ verilməsini xahiş etmişdi.

Xüsusi xidmət orqanı qeyd edib ki, yeni səlahiyyət “”Rusiya FSB-nin cari qanunvericiliyi və “”Torpaq kodeksi””nin 49 maddəsinə tam uyğun olmaqla məsələnin həll olunmasına bütünlükdə imkan verəcək. Bu məqalədə o da bildirilir ki, dövlət ehtiyacı üçün torpaq sahəsinin geri alınması beynəlxalq müqavilələri yerinə yetirilməsi ilə bağlı, inşaat, dövlət və yerli əhəmiyyətli obyektlərin rekonstrusiya olunması və federal qanunda təsbit edilmiş digər əsaslarla müstəsna hallarda həyata keçirilə bilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir