Putin hərbi səfərbərlik haqda sənəd imzalayıb


Putin hərbi səfərbərlik haqda sənəd imzalayıb

RF prezidenti ehtiyatda olanların 2 aylıq orduya çağırılması üçün səfərbərlik haqqında sənəd imzalayıb.

Çağırışçılar hərbi hissələrə yollanılacaqlar, onlara hərbi paltar veriləcək və sonra hansı bölümə göndriləcəkləri müəyyən ediləcək.

Bu haqda KİV-də məlumat yayılan kimi ölkədə çaşxnaşma yaranıb. Ehtiyatdakıların çağırılması xəbəri həyəcanla qarşılanıb. Kimi, hara aparacaqlar və qədər adam çağırılacaq? Neçə vaxta? Onları işdən ayıracaqlarmı, nə qədər maaş ödənəcək? Çağırışdan yayınanları nə gözləyir- kimi suallar onları narahat edir.

Adətən səfərbərliyə çağırılanları hərbi qüvvələr, dövlət mühafizə orqanları (Federal Mühafizə xidməti, Rosqvardiya) və Federal Təhlükəsizlik Xidmətinə göndərirlər.

Səfərbərlik müddəti isə regional hakimiyyət ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Son illər səfərbərliyə toplanılanların sayı 3 mindən 5 minə qədər və 2 – 3 həftə müddətinə çağırılır. Ehtiyatda olan hərbçiləri isə 3 ildə bir səfərbərliyə çağırıla bilərlər.

Çağırışçılar işdən azad olunmur, onların iş yeri saxlanılır və sonra onlara kompensasiya ödənilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir