Putin Jirinovskinin Dalnıy Vostok ideyasını bəyəndi


Putin Jirinovskinin  Dalnıy Vostok ideyasını  bəyəndi
Rusiya prezidenti Vladimir Putin Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Dalnıy Vostokda yaşayanlara avtomatik vətəndaşlıq verilməsi və orduya çağırılmaqdan imtina etmək ideyasını yaxşı ideya kimi qiymətləndirib.

Putinin Duma fraksiyasının liderləri ilə görüşü zamanı Jirinovski “gəlmələrə” 8 ildən, 5 ildən sonra deyil, anındaca RF vətəndaşlığı verməyi və orada 10 il getməmək şərti ilə yaşamağı təklif etmişdi.

“Yaxşı təklifdir, bu variantı bütün detallarına kimi düşünmək lazimdir ” –deyib Putin. Jirinovski Dalnıy Vostokun inkişafı üçün orduya çağırışın ləğv edilməsini də təklif edib. Onun fikrincə belə olan halda ordudan yayınan gənclər həmin regiona gedəcəklər və gənclər regionun inkişafı üçün vacibdir.

Putin “Bu regionun inkişafı üçün cəhd etmək lazımdır, lakin orduya çağırışdan imtina-bu mübahisəli təklifdir”-deyib.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir