Putin Krımın müstəqilliyini tanıdı


Putin Krımın müstəqilliyini tanıdı
Sabah isə Krımı RF-nin tərkibinə qatacaq
RF prezidenti Vladimir Putin “Krım respublikasının tanınması” haqqında fərman imzalayıb. Bu haqda prezidentin mətbuat xidmətindən məlumat verilib.

Fərmanın mətnində deyirlir: “16 mart 2014 -cü ildə baş tutan ümumxalq referendumunda Krım xalqının istəyini nəzərə alaraq xüsusi status alan Sevastopol şəhəri də daxil olmaqla Krım respublikasının süverenliyi və müstəqilliyi tanınsın”. Bu fərman imzanlandığı gündən qüvvəyə minir.

Putin sabah- 18 martda saat 15:00-da Kremldə Dövlət Duması deputatları, Federasiya Şurası üzvləri, RF regionlarının rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndəlıri qarşısında Krım Respublikasının və Sevastopol şəhərinin Rusiyanın tərkibinə keçməsi ilə bağlı çıxış edəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir