Putin məhbuslara qarşı güc tətbiq edən qanunu imzaladı


Putin məhbuslara qarşı güc tətbiq edən qanunu imzaladı
Putin məhbuslara qarşı güc tətbiq etməyə icazə verən qanunu imzalayıb.

Prezident Putin Federal Cəzaçəkmə xitməti idarəsinin əməkdaşlarının məhbuslar üzərində xüsusi vasitədən və odlu silahla fiziki güc tətbiq ediləsini tənzimləyən qanuna imza atib. Sənəd bu gün hüquq informasiyaları yayan rəsmi portalda dərc edilib.

Yeni qanuna görə cinayət-islahedici sistemin əməkdaşları cinayətin qarşısını almağa və ya itaətsiziyə görə, həmçinin qaydapozanı saxlamaqdan ötrü xüsusi vasitədən və odlu silahdan istifadə edə bilərlər. Bundan əvvəlki varinatda Federal Cəzaçəkmə xidməti əməkdaşları istənilən qayda pozma halında saxlama zamanı xüsusi vasitədən istifadə edə biləcəyi yazılmışdı. Sonuncu varianda sənəddən “istənilən qayda pozma halı”” ifadəsi çıxarılıb.

Daha bir yenilik də ondan ibarətdir ki, FCX əməkdaşları “”imkan daxilində”” məhbuslara qarşı güc tətbiq etmə prosesini videoqeydiyyat və ya digər audiovideo vasitə ilə qeydə almalı və bu haqda islah müəssisəninin rəhbərliyini bir sutka ərzində xəbərdar etməlidirlər.

Qanun həmçinin, ayrıca təşkilata aid sualları və cinayət-icraetmə sitetminin fəaliyyətininin təmin olunmasını tənzimləyir.

Sənəd Dövlət Dumasına çıxarılanda KİV-də böyük rezonans doğurmuş və hüquq müdafiəçiləri tərəfindən etirazla qarşılanaraq “”sadistlərin qanunu”” adlandırılmışdı. Hüquq müdafiəçilərinin kəskin iradından sonra elektroşoker tətbiq ediməsi məhdudiyyətləşdirildi və vahid qayda ilə rezin dəyənəkdən istifadə edilməsi müəyyən edildi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir