Putin miqrasiya qanunvericiliyinin yenilənəcəyini elan etdi


Putin miqrasiya qanunvericiliyinin yenilənəcəyini elan etdi
Rusiya prezidenti Vladimir Putin, miqrasiya qanunununda reformalar edilməsi ilə bağlı göstəriş verib. Bu barədə Kremlin rəsmi saytında deyilir. Bu təlimatlar 2019 – 2025-ci illər üçün dövlət miqrasiya siyasətinin Konsepsiyasına aiddir.

Yaşayış icazəsi xarici vətəndaşa Rusiya vətəndaşlığına müraciət etmək hüququnu verən əsas sənəd olacaq. Bu müvəqqəti yaşayış icazəsi sənədi üçün keçərli deyil. Artıq müvəqqəti yaşayəş icazəsi almaq bu prosedurdan çıxarılacaq. Onun öz dövürünü yaşayıb bitirdiyi deyilir.

Rusiya vətəndaşlığına qəbul üçün üç növ prosedur nəzərdə tutulacaq: ümumi, sadələşdirilmiş və xüsusi. Ümumi qaydalar bütün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığı almaq zini verir. Bunun üçün ru dilini bilmək və Rusiyada daimi yaşamaq tələbləri əsas götürüləcək.

Sadələşdirilmiş prosedur sosial-mədəni baxımdan Rusiyaya yaxın ölkələrdən olan şəxslərə şamil ediləcəkdir. Vətəndaşlıq almaqda onlara qoyulan tələblər daha yumşaq olmalıdır.

Xüsusi prosedurlar qaydaları isə insanlara tətbiq olunacaq ki, onlarla bağlı xüsusi prosedur qaydaları və xüsusi faktlar qiymətləndirildikdən sonra qərar veriləcək.


YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir