Putin «Qanuni oğru”lar üçün cəzanın ağırlaşdırılmasını təklif edir


Putin «Qanuni oğru”lar üçün cəzanın ağırlaşdırılmasını təklif edir
“Qanuni oğru” adını daşımaq cinayət hesab edilərək, ona ağır cəza istənlən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

RF prezidenti Vladimir Putin Dövlət Dumasına kriminal cəmiyyət yaratmaq, orada iştirak və rəhbərliyə görə cinayət cəzasının ağırlaşdırılmasını tələb edən qanun layihəsini təqdim edib. Bu haqda “Rosbalt”ın müxbiri məlumat verib.

Əgər qanun qəbul edilərsə, cinayət aləmində yüksək mövqe tutmağa, liderliyə görə həbsxanaya salacaqlar. Sənədə əsasən “qanuni oğru” olmağa görə 5 milyon rubl cərimə ilə bərabər 8 ildən 15 ilə kimi həbs cəzası gözlənilir.

Layihənin izahedici sənədində qeyd edilir ki, hazırda cinayət aləmində kriminal cəmiyyətin liderləri tutduqları mövqeyə görə cinayət məsuliyyəti daşımırlar.

Həmçinin, cinayət törətməyə hazırlıq məqsədiylə keçirilən kriminal yığıncaqlarda iştiraka görə 20 il müddətinə həbs cəzası verilməsi təklif olunur.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir